15:20 28.05.2019 1546

Aleksandr Səmədov: “Kloppdan bu cür şərh gözləmirdim”

Rusiya millisinin sabiq futbolçusu, "Krılya Sovetov”un yarımmüdafiəçisi və Avropa Liqasının Bakıda keçiriləcək final oyununun səfiri Aleksandr Səmədov "Moskva-Baku” nəşrinə müsahibə verib.

Fanat.Az həmin müsahibəni təqdim edir.

- Avropa Liqasının Bakı finalının səfiri olduğunuzu nə vaxt bildiyinizi xatırlayardınız. Ümumiyyətlə, bu, necə baş verdi?
- Mənə səfir olmaq telefonda təklif olundu. Azərbaycan Futbol Federasiyası Assosiasiyalarından zəng vurmuşdular. Dedilər ki, belə bir təklif var, münasibətimi soruşdular. Mən isə sevinclə razılıq verdim.

- Sizin rolunuz nədən ibarət olacaq və bu vəzifədə nəsə edə bilmisiniz?
- Açığı, çox həyəcanlıyam və Bakıda hər şeyin necə olacağını bilmirəm. Nəsə etməyimə gəlincə, Moskvada Avropa Liqasının təqdimatı oldu. Ora xeyli adam gəlmişdi. Avtoqraf mərasimi keçirildi. Mənə görə, tədbir sadəcə, möhtəşəm alındı.

- Bu yaxınlarda demişdiniz ki, hazırda zədənizi sağaltmaqla məşğulsunuz və hətta karyeranızı bitirmək barədə də düşünürsünüz. Zədəniz belə çox ciddidir, yoxsa, bu fikirdə olmağınızın başqa səbəbləri var?
- Əslində, bunun zədə ilə heç bir bağlılığı yoxdur. Bu haqda fikrimi daha əvvəl açıqlamışdım. Bəli, burada müxtəlif amillər var. İndi müalicə olunuram, amma yaxın vaxtlarda yekun qərarımı verəcəyəm. Həmin vaxta isə çox az qalıb.

- Dəfələrlə Azərbaycan millisinə çağırılmısınız, sizi orada görməyi arzu ediblər. Siz isə imtina etmisiniz. İstənilən halda, nə vaxtsa Azərbaycana gedib, yerli klublardan birində oynamağınız mümkündürmü?
- Mən heç nəyi istisna etmirəm. Milli başqa bir hekayədir. Klublardan birində oynamaq... Tam mümkündür! İndi bu haqda danışmaq çətindir. Hər şey vəziyyətdən asılı olacaq. Amma təkrar edirəm, belə bir variant tam mümkündür! Niyə də olmasın?!

- Məlumdur ki, atanız azərbaycanlıdır. Ata tərəfdən əcdadlarınızdan kimi tanıyırsınız?
- Əlbəttə, atam sağ olanda ailəsi, əcdadları haqda çox danışırdı. Ata tərəfdən əcdadlarımız Gəncədəndirlər. Məsələn, ulu babam Böyük Vətən müharibəsinin iştirakçılarından olub, Budapeştə qədər gedib çıxıb. Artıq atam həyatda yoxdur, amma qohumlarımla əlaqə saxlayıram. Xüsusilə də əmilərimlə. Onların sayı çoxdur. Elə alındı ki, indi əksəriyyəti Azərbaycanda yox, Rusiyada yaşayırlar. Buna görə də əlaqə saxlaya bilirik.

- Ailənizdə Azərbaycan adət-ənənələrinə əməl olunur?
- Azərbaycan mətbəxini çox sevirəm, onun böyük pərəstişkarıyam. Stolumuzda tez-tez bu cür yeməklər olur. Bundan başqa, evimizin yerləşdiyi ərazidə Azərbaycan restoranı var. Tez-tez və böyük məmnuniyyətlə ailəlikcə ora gedirik.

- Avroliqanın finalına qayıdaq, oyuna artıq bir gün qalıb. Bakıya qarşı hücumlar, xüsusilə də "Liverpul”un baş məşqçisi olan Yurgen Klopp kimi tanınmış mütəxəssisin fikirləri təəccüb doğurur. Qəribədir ki, onun öz komandası Bakıda deyil, Madriddə final oynayacaq. Nəhayət, "Arsenal”ın erməni yarımmüdafiəçisi Henrix Mxitaryanın belə möhtəşəm bir matçda oynamaqdan oynamaqdan imtina etməsi. Halbuki rəsmi Bakı ona təlükəsizliklə bağlı istənilən təminatı vermişdi. Hətta Gənclər və İdman Naziri Azad Rəhimov acı ironiya ilə "Bizdən daha hansı zəmanət tələb olunur? Qırıcıların müşayiət etdiyi şəxsi təyyarə?! – deyə sual vermişdi...
- Mxitaryanın qərarını müzakirə etməkdə bir məna görmürəm. Bu, əsasən onun öz qərarı və öz məsuliyyətidir. İstərdim ki, idman siyasətlə mümkün qədər az əlaqələndirilsin və oxşar hadisələr az yaşansın. Kloppun fikirlərinə gəlincə, buna çox təəccübləndim. Məhz ondan bu cür şərh eşitməyi gözləmirdim. Bakı gözəl otelləri olan möhtəşəm şəhərdir. Şəhər alman mütəxəssisin səsləndirdiyi fikirlərə layiq deyil. Əminəm ki, hər şey əla olacaq.

- Final oyununa proqnoz verməyə hazırsınız?
- Yeganə proqnozum odur ki, iki fantastik komandanın oyunu olacaq. "Arsenal” və "Çelsi” kimi komandaların finala çıxması böyük uğurdur. Onların qarşılaşmasına proqnoz vermək sadəcə, mümkünsüzdür. Şanslar bərabərdi, çünki eyni səviyyəli komandalardır. Top-oyundur, bu, özü hər şeyi deyir!

- İngilis futbolu sevimliləriniz arasındadır, yoxsa başqa seçiminiz də var?
- Hazırda İngiltərə çempionatı Avropada hegemonluq edir və buna görə mübahisə etmək çətindir. Amma fikrimi dəyişməmişəm. "Milan”ın sadiq azarkeşi, İtaliya futbolunun həvəskarıyam. Obyektiv danışsaq, bu gün İngiltərə futbolu öndədir, Premyer Liqa biznes-layihədir. Maliyyə imkanlarından tutmuş, teleyayıma qədər bütün sahələrdə hər kəs işini yüksək səviyyədə görür. Bu cür yüksək standartların fonunda futbol uğurları da gəlir. Tarixdə ilk dəfə bir ölkənin təmsilçiləri həm Avropa Liqası, həm də Çempionlar Liqası kimi turnirin finalına yüksəliblər.

- Tezliklə taleyiniz həll olunacaq. Gələcəyə baxanda, özünüzü yenə də futbolda görürsünüz, yoxsa başqa işlə məşğul olmaq daha maraqlı gəlir?
- Artıq digər sahədə də özümü sınayıram. Bizneslə məşğulam və bu planı inkişaf etdirmək, daha da irəli aparmaq üçün mütləq nəsə fikirləşəcəyəm. Amma futboldan da ayrılmaq istəmirəm. Çünki bu idman növünü sevirəm.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:30

MPL: 35-ci tur start götürür - YENİLƏNİR

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

Facebookdan bizi izləməyi unutmayın.
X