"Keşlə” qışda heyətə qatmaq istədiyi Emin Mehtiyevlə müqavilə bağlayıb.
Fanat.Az-a klubdan verilən məlumata görə, Emin 2 illik anlaşmaya qol çəkib.
Qeyd edək ki, cinah müdafiəçisi qışda Bakı klubuna götürülsə də, 2018/19 mövsümündə 2 klubda oynadığı üçün "Keşlə”dən debüt edə bilmədən ayrılmışdı.
Fanat.Az