"Çelsi”nin zədəli
futbolçusu Nqolo Kantenin bu gün Avropa Liqasının Bakı Olimpiya Stadionunda
"Arsenal”la keçiriləcək final oyununda meydana çıxıb-çıxmayacağı dəqiqləşib.
Fanat.Az-ın "goal.com”a istinadən yaydığı xəbərə görə, fransalı
yarımmüdafiəçi həlledici qarşılaşmada forma geyinə bilməyəcək. "Zadəganlar”ın
baş məşqçisi Mauritsio Sarrinin 28 yaşlı oyunçunun adını matçın sifariş ərizəsinə
salmayacağı gözlənilir.
Sarri dünənki mətbuat konfransında Kantenin oynamaq şansının
50/50-yə olduğunu bildirmişdi.
Qeyd edək ki, final matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Fanat.Az