"Qarabağ"ın futbolçusu Araz Abdullayevin yeni nömrəsi müəyyənləşib.
Fanat.az xəbər verir ki, futbolçu yeni mövsümdən "7" nömrəli formada çıxış edəcək.
Buna qədər sözügedən nömrəni İnnosent Emeqara daşıyırdı. Emeqara artıq "Qarabağ"dan ayrıldığı üçün onun nömrəsi məhz Araza həvalə olunub.
Abdullayev geridə qalan mövsümdə "9" nömrəli formada çıxış edib.