Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" sabah 3-cü yoxlama matçını keçirəcək.
Fanat.az xəbər verir ki, Qurban Qurbanovun komandası Rusiya təmsilçisi "UFA" ilə qüvvəsini sınayacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da baş tutacaq.
"Qarabağ" buna qədər iki oyun keçirib. Bolqarıstan "Ludoqorets"inə 0:2 hesabı ilə məğlub olan komanda, Rumıniya təmsilçisi "Krayova" ilə heç-heçə edib - 0:0.
Fanat.az