Bir futbolçu iki qol vurdu, oyun heç-heçə bitdi - VİDEO
Ötən gün "Qəbələ” və "Zirə" yoxlama oyunu keçirib.
Zirə İdman Kompleksində keçirilən matç 1:1 hesabı ilə başa çatıb. Oyunda hər iki qolu "Qəbələ"nin müdafiəçisi Murad Musayev vurub. 6-cı dəqiqədə avtoqol edən futbolçu 57-ci dəqiqədə rəqib qapısına yol tapıb.