AFFA "Qarabağ”ın futbolçusunu milliləşdirmək istəyir.
Fanat.Az xəbər verir ki, bu barədə "La Nueva Espana" portalı məlumat yayıb. İspan həmkarlarımız iddia edir ki, AFFA Miçelə Azərbaycan vətəndaşlığı və milli komandada çıxış oynamağı təklif edib.
Belə ki, gələn il Miçelin Azərbaycanda yaşamasının 5 ili tamam olacaq. FIFA qaydalarına əsasən, futbolçu 5 ildən artıq yaşadığı ölkənin yığma komandasında çıxış edə bilər.
Qeyd edək ki, tam adı Migel Markos Madera olan futbolçu 2015-ci ildən "Qarabağ"da çıxış edir. 33 yaşlı yarımmüdafiəçi əvvəllər İspaniyanın "Sportinq", "Xetafe", İngiltərənin "Birmingem", Yunanıstanın AEK və İsrailin "Makkabi" (Təl Əviv) klublarında forma geyinib. O, indiyədək heç bir milli komandada çıxış etməyib.
Fanat.Az