"Keşlə" növbəti oyunçu transfer həyata keçirib.
Klubun mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, qapıçı Stanislav Namaşko ilə müqavilə bağlanılıb. Moldova milli komandasının üzvü 1+1 illik sözləşməyə imza atıb.
Qeyd edək ki, 33 yaşlı Namaşko karyerası ərzində Moldovanın "Tiraspol", "Şerif", "Dinamo-Avto", Rusiyanın "Kuban" (Rusiya), "Spartak-Nalçik", "Volqar", Yunanıstanın "Levadiakos", Monteneqronun "Deçiç" klublarında oynayıb. Onun son klubu Monteneqro "Zeta"sı olub.
Qolkiper 2014-2016-cı illərdə Bakının AZAL klubunda çıxış edib. Həmin vaxt paytaxt təmsilçisinə "Keşlə"nin hazırkı baş məşqçisi Tərlan Əhmədov başçılıq edib.
Namaşko 2007-ci ildən çağırıldığı Moldova millisində 46 oyun keçirib.
Fanat.Az