"Qarabağ"dan aldığımız təklifi qəbul etmədik".
Fanat.Az xəbər verir ki, bu sözləri Şotlandiyanın "Sent-Mirren" klubunun icraçı direktoru Toni Fitspatrik deyib.
"Qarabağ" "Sent-Mirren"in qapıçısı Vatslav Qladk üçün 200 min avro təklif etsə də, klub rədd edib. Toni Fitspatrik yerli mediaya açıqlamasında Azərbaycan çempionundan təklif aldıqlarını təsdiqləyib: "Bir neçə klub Qladkini izləyir. "Qarabağ"dan aldığımız təklifi isə qəbul etmədik. Çünki bizim niyyətimiz qapıçımızla yeni müqavilə bağlamaqdı. Vatslav bura gəldiyi ilk gündən keyfiyyətli qapıçı olduğunu gösərib. Ümid edirik ki, onu yeni mövsümdə də komandada saxlaya biləcəyik. Bu, "Sent-Mirren" üçün fantastik olar. O, pulla idarə olunmur".
Fanat.Az