Bu gün Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda "Partizani"nin qonağı olacaq "Qarabağ" meydana itkilərlə çıxacaq.
Fanat.Az xəbər verir ki, Çexiyanın "Viktoriya" klubu ilə oyunda əzələsi dartılan mərkəz müdafiəçisi Bədavi Hüseynov Albaniya klubu ilə hər iki oyunu buraxacaq.
Haiti millisi ilə "Qızıl Kubok"da iştirak edən Donald Gerye hələ komandanın düşərgəsinə qayıtmayıb. Yeni transfer Ailton Silva isə cəzalı olduğu üçün oynaya bilməyəcək.
Xatırladaq ki, Çempionlar Liqasının birinci təsnifat mərhələsinin "Partizani” - "Qarabağ” oyunu bu gün Bakı vaxtı ilə saat 19.30-da başlanacaq.
Fanat.Az