"Neftçi”ninitalyan çalışdırıcısı Roberto Bordin Avroliqanın 1-ci təsnifat mərhələsi çərçivəsində Moldovanın "Speranta” klubuna qarşı keçirəcəkləri ilk oyundan öncə mətbuat konfransı keçirib.
Fanat.Az xəbər verir ki, Bakı komandasının əcnəbi baş məşqçisi jurnalistlərin suallarını cavablandırıb:
- Sabahkı
oyunla bağlı nə deyə bilərsiz?
- Bir neçə müddətdən sonra Moldovaya qayıtdığıma görə sevinirəm.
"Şerif"lə yaxşı uğurlar qazanmışam. Bizi ciddi rəqib gözləyir. Bunu
anlayırıq. Ona görə daha erkən gəldik ki, yaxşı hazırlaşa bilək və uyğunlaşaq.
-
"Speranta"nın prezidenti vurğulayıb ki, rəqiblə fərqimiz odu ki, biz
pomidor satırıq, onlar isə neft satırlar...
- Rəqib komandanın prezidentinin dediyi sözlərə şərh vermək istəmirəm. Biz
futbol oynamağa gəlmişik. Bunun isə futbola aidiyyatı yoxdu.
- Dabo və
Mustivarın olmaması "Neftçi"yə nə qədər təsir edəcək?
- Onlar ilk günlərdən bizimlə məşq etmirlər. Onlarsız hazırlaşmışıq. Dabonun
əvəzinə keyfiyyətli Stiven Monroz var. Hər mövqedə yaxşı oyunçularımız
mövcuddu.
- İkinci
dəfə "Neftçi"də baş məşqçi kimi Avropa Liqasında mübarizə
aparacaqsız. Birinci dəfəki oyunda uğursuzluğun yaşanmaması üçün kollektivi
oyuna kökləyə bilmisiniz?
- Əvvəl buraxdığımız səhvlərdən nəticə çıxarmağa çalışırıq. Onlar fiziki olaraq
bizdən üstün ola bilərlər. Çünki Moldovada çempionat davam edir. Biz son bir
ayda çox yaxşı hazırlaşmışıq.
-
"Neftçi"də yeni oyunçular var. Komanda ilk rəsmi oyunu səfərdə
keçirəcək. Bu, yeni futbolçular üçün üstünlükdürmü?
- Yeni gələn oyunçular komandaya yaxşı uyğunlaşıblar. Çalışacaqlar ki,
gözləntiləri doğrultsunlar və özlərini yaxşı tərəfdən göstərsinlər. Ev və ya
səfər oyunu olmasının fərqi yoxdu.
- İlk
oyunda hansı nəticə sizi qane edir?
- Əlbəttə ki, məğlub olmamaq. Yaxşı nəticə və qələbə üçün gəlmişik. Amma nəzərə
almaq lazımdı ki, Avropa Liqası iki matçdan ibarətdi. Ehtiyatlı davranmalıyıq.
- Roberto
Bordin amili "Neftçi' üçün üstünlükdü, yoxsa onu yaxşı tanıyan rəqib üçün?
- Əlbəttə ki, rəqibin baş məşqçisini və oyunçularını yaxşı tanıyıram. Onlar
evdə oynayırlar. Bizə qarşı ilk dəqiqələrdə pressinq edə və hücuma can ata
bilərlər. Biz isə buna imkan verməməyə çalışacağıq.
- Moldova
çempionatını izləyirdinizmi?
- Moldovadan gedəndən sonra çempionatı o dərəcədə izləmirəm. Rəqibi təhlil
edəndə baxdım. Onlara hörmətlə yanaşıram.
-
"Forza Neftçi" azarkeş qrupu neçə kilometr yol qət edərək Moldovaya
gəlib. Bu barədə nə deyə bilərsiniz?
- Çalışacağıq ki, gözəl oyun göstərək və azarkeşləri sevindirək. İnanıram ki,
matçın sonunda yaxşı nəticəni qeyd edəcəyik. Onlar hər zaman bizim yanımızda
olublar və komandanı dəstəkləyiblər. Bu isə bizə motivasiya verir.
Fanat.Az