Çempionlar Liqası və Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA-nın əmsallar cədvəlində dəyişikliklər olub.
Fanat.Az-ın məlumatına görə, Azərbaycan da müəyyən "qənimət”lə diqqət çəkib. "Səbail" öz meydanında 2:3 hesabıyla yenilərək ölkəmizə heç nə qazandırmasa da, "Neftçi" "Sperantsa"ya Moldovada galib gələrək 0,250 əmsal gətirib. Bir gün əvvəl isə "Qarabağ" Albaniyada "Partizani” ilə qolsuz bərabərliyə razılaşaraq Azərbaycanın adıınn önünə 0,125 əmsal yazdırmışdı.
Beləliklə, son 5 mövsüm üçün ümumi qazancı 15,750 olan ölkəmiz 26-cı pillədədi.
Qazaxıstanı izləyən (16,750) Azərbaycanı 14,875 əmsalla Polşa təqib edir.
Fanat.Az