"Zirə” yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.
Fanat.Az xəbər verir ki, qəsəbə təmsilçisi Soni Norde ilə anlaşıb. 29 yaşlı hücumçu ilə 1 illik müqavilə bağlanılıb.
Haitili futbolçu bundan öncə "Boka Xuiors B” (Argentina), "San Luis B” (Meksika), "Altamira” (Meksika), SRKC (Banqladeş), "Mohun Baqan” (Hindistan) və "Mumbay Siti” (Hindistan) klublarında çıxış edib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol