Azərbaycan təmsilçiləri Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunlarına təyinat alıblar.
Fanat.Az xəbər verir ki, AFFA-nın iki rəsmisi bu qarşılaşmalarda iş başında olacaq.
Bunlar Asim Xudiyev və Sərxan Hacıyevdi. A.Xudiyev iyulun 25-də baş tutacaq "Lokomotiv” (Plovdiv, Bolqarıstan) – "Spartak” (Trnava, Slovakiya) görüşündə hakim-inspektor olacaq.
S. Hacıyev isə Macarıstanda yerli "Fehervar”la Lixtenşteyn təmsilçisi "Vaduts”un görüşünə təyinat alıb. O, oyunun UEFA nümayəndəsi vəzifəsini icra edəcək.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol