Bu gün Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə 4 oyun baş tutacaq.
"Qarabağ” İrlandiyanın "Dundalk” klubunu keçə bilməsə, Avropa Liqasının II təsnifat mərhələsində "Feronikeli” (Kosovo) - "Slovan” (Bratislava, Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək. Bu komandaların ilk matçında slovakiyalılar qələbə qazanıblar - 2:1.
Qeyd edək ki, "Qarabağ” və "Dundalk” arasında cavab görüşü iyulun 31-də "Dalğa Arena”da keçiriləcək. İrlandiyada baş tutan ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınıb.
Avropa Liqası
II təsnifat mərhələsi
Cavab oyunları
30 iyul
19:45 Linkoln (Cəbəllütariq) - Ararat (Ermənistan)
İlk oyun - 0:2.
19:45 Suduva (Litva) - Tre Penne (San Marino)
İlk oyun - 5:0.
19:55 Düdelanj (Lüksemburq) - Şkendiya (Makedoniya)
İlk oyun - 2:1.
20:00 Feronikeli (Kosovo) - Slovan (Bratislava, Slovakiya)
İlk oyun - 1:2.
Fanat.Az