"Qarabağ"ın və milli komandamızın futbolçusu Mahir Emrelini transfer etmək istəyən klubların adları açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə İspaniyanın məşhur AS nəşri məlumat yayıb. İddiaya görə, Mahiri Sequnda adalanan 1-ci liqa klubları - "Malaqa" və "Estremadura" klubları transfer etmək istəyir.
Hətta "Estremadura"nın millimizin üzcü üçün "Qarabağ"a rəsmi təklif göndərdiyi də deyilir. "Malaqa" da futbolçunu heyətinə cəlb etmək istəyir. Amma bu klubda maliyyə problemləri var.
Qeyd edək ki, "Malaqa" klubu uzun illər La Liqada çıxış edib. Hazırda İspaniya millisinin sabiq üzvü Viktor Sançesin başçılıq etdiyi komanda ötən mövsüm Sequnda da 3-cü yeri tutsa da, La Liqaya vəsiqə uğrunda keçirilən pley-off mərhələsinin yarımfinalında "Deportivo"ya uduzub.
2007-ci ildə yaradılan "Estremadura" klubunun baş məşqçisi isə Manuel Mosqueradı.
Fanat.Az