23:44 31.07.2019 1909

Qurban Qurbanov: "Onlar mehriban düşməndilər"

"Futbolçularımı təbrik edirəm. Bu gün intizamlı oyun gördük”.
 
Fanat.az xəbər verir ki, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Azərbaycan çempionu Çempionlar Liqasının II təsnifat mərhələsində səfərdə bərabərə qaldığı (1:1) İrlandiya "Dandolk”unu cavab görüşündə 3:0 hesabı ilə məğlub edərək, növbəti raundda APOEL-ə (Kipr) rəqib olub.

Oyundan sonra təşkil edilən mətbuat konfransında Qurbanovun qələbə şərhi belə olub: "Bütün həftəni ciddi hazırlaşmışdıq. Tapşırıqları yerinə yetirdikləri üçün oyunçularıma təşəkkür edirəm. Oyun gərgin keçdi. Rəqib kollektiv şəkildə formalaşmış, xarakterli komanda idi. Bura da iddialı gəlmişdilər, inamlı danışırdılar. Oyunçularımız intizamlı oyunla rəqibin qarşısını aldı və azarkeşlərə qələbə hədiyyə etdilər”.

-  Meydanda ən yaxşı olan yerli futbolçu Rəşad Sadıqov idi. Ümumiyyətlə, yerlilərin çıxışından razı qaldınız?
- Futbol 2-3 nəfərdən ibarət deyil. Kollektiv şəkildə intizamlı oynadıq. Biri səhv edər, digəri sığortalayar. Rəşadın bu oyununa görə sevinirəm. Hər biri həddən artıq əziyyət çəkdi. Onların əziyyətini itirə bilmərik.

- Oyunboyu üstünlük sizin tərəfinizdə olsa da, ikinci hissədə müəyyən vaxtlarda konsentrasiya sanki itdi. Bu nə ilə bağlıdı?
- 90 dəqiqə eyni tempdə oynamaq mümkün deyil. Məğlub olan komanda istər-istəməz sürəti artırır, aktiv olur. Bəzi səhvlər oldu. Bir neçə dəqiqə cərimə meydançamıza yaxın olduq. Məsələn, cərimə zərbələrindən sonra istər-istəməz belə alınır. 90 dəqiqə dayanmadan hücum etmək mümkün deyil.

- Ozobiçin zədəsi nə yerdədi?
- Sabah daha dəqiq bilinəcək. Düşünürəm ki, tam ciddi olmasa da, yüngül zədə də deyil. Çünki zədə diz nahiyəsindən olmuşdu.

- APOEL-in məşqçiləri də oyunu izləyirdilər. Siz necə, onların oyununu izləmisiniz?
- Xeyr. Bu komandalara ümumi diqqət ayırırıq. Çempionatın səviyyəsi üçün bu komandaların oyunlarına baxırıq. Düşünürəm ki, bizi maraqlı oyun gözləyir.

- Oyunun gedişində azarkeşlərə qarşı polisin belə münasibət bəsləməsi nə dərəcədə doğrudu?
- Məncə, onlar  mehriban düşməndilər. Əksər oyunlarda belə olub. Aralarında problem yaranıb, sonra azarkeşləri buraxıblar. Həmişə azarkeşlərimizin yanında olmuşuq. Məncə, mehriban düşmən yox, dost olmaq lazımdı.

- "Partizani”, yoxsa bugünkü oyunda daha çox həyəcanlandınız?
- Hər komandanın fərqli oyun üslubu var idi. Amma "Dandolk” bizə qarşı çox ciddi müqavimət göstərdi. "Partizani”nin ancaq müdafiə olunduğunu bilirdik. Ancaq bu komanda həm müdafiə olunur, həm də hücum edirdi.

- APOEL Kiprdə yerləşir və orda Azərbaycana qarşı heç də yaxşı münasibət göstərmirlər. Bunu, "Neftçi”nin oyunu zamanı görmüşük. Buna psixoloji cəhətdən komanda hazır olacaqmı?
- Bu, idmandı. Biz ilk növbədə idman prinsiplərinə riayət etməliyik. Bütün diqqətimiz meydanda rəqibə qarşı necə oynamaq və qalib gəlməyin yollarını axtarmaqdı. Sırf idman prinsiplərinə riayət edirik. (Matc.az)
 
Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

Facebookdan bizi izləməyi unutmayın.
X