"Osmanlıspor"la oyundan sonra "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov fikirlərini bildirib.
Fanat.az xəbər verir ki, mütəxəssis bunları söyləyib: "Bu gün komandanın sərgilədiyi oyundan razı qaldım. Futbolçuların oyunda nizam-intizamı yaxşı səviyyədə idi. Baxmayaraq ki, məşqlərdə həm də ağır yükləmələr olur, bu gün güclü komandaya qarşı yaxşı oyun sərgilədi, mübarizə apardı. Birinci hissədə hətta hesabda irəli çıxa bilərdik. Ümumilikdə, futbolçuların nümayiş etdirdikləri səviyyədən razı qaldım”.
Fanat.az