"Sabah” FK "Təhsil Avtobusu” layihəsi çərçivəsində Qusar, Astara, Cocuq Mərcanlı, Qazax və Şamaxıya yollanıb.
Fanat.az xəbər verir ki, Layihə çərçivəsində klubun məşqçisi tərəfindən 46 məktəbdən olan 162 şagirdə əyləncəli futbol məşğələləri keçirilib.
Əvvəlcə onlara futbol oyunu haqqında maraqlı faktlardan bəhs olunub, daha sonra komanda ruhunun formalaşdırılması, çeviklik, liderlik, dözümlülük kimi qabiliyyətləri inkişaf etdirən tapşırıqlar verilib. Layihə çərçivəsində fəallıq göstərən uşaqlar "Sabah” tərəfindən dəyərli hədiyyələrlə təltif olunub.
Layihə Azərbaycan Üçün Öyrət təhsil proqramı çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilib.
Fanat.az