Bu gün Avropa Liqasının II təsnifat mərhələsinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, Azərbaycanın bu turnirdəki təmsilçisi "Neftçi” də bu gün növbəti matçına çıxıb.
Rusiyanın "Arsenal” klubu ilə mübarizə aparan "qırmızı-qaralar” bu dəfə Tula təmsilçisi ilə doğma meydanda üz-üzə gəlib. Səfərdə minimal hesabla qalib gələn Roberto Bordinin yetirmələri cavab oyununda 3:0 hesabı ilə qalib gələrək mərhələ adlayıb.
Qeyd edək ki, "Neftçi" 3-cü təsnifat mərhələsində İsrailin "Bney Yehuda” klubu ilə qarşılaşacaq.
Avropa Liqası
II təsnifat mərhələsi
Cavab oyunu
1 avqust
21.00 Neftçi (Azərbaycan) - Arsenal (Rusiya) 3:0
Qol: Rauf Əliyev, 49, Dario, 88, Mbodj, 90+3.
Neftçi: 1. Səlahət Ağayev, 5. Anton Krivotsyuk, 6. Voyislav Stankoviç, 8. Emin Mahmudov (k), 10. Dario Federiko, 19. Rauf Əliyev, 25. Kiril Petrov, 26. Ömər Buludov, 28. Stiven Monroz, 36. Mamadu Kane, 93. Soni Mustivar.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj, 7. Namiq Ələsgərov, 11. Vangelis Platellas, 17. Rəhman Hacıyev, 18. Tural Axundov, 80. İsmayıl Zülfüqarlı.
Baş məşqçi: Roberto Bordin.
Arsenal: 36. Mixail Levaşov, 6. Maksim Belyayev, 8. Gia Qriqalava, 9. Kiril Kombarov (k), 11. Sergey Tkaçev, 20. Qoran Çauşiç, 21. Viktor Alvares, 22. Daniel Lisovıy, 23. İqor Qorbatenko, 48. Yevgeni Lutsenko, 70. Georgi Kostadinov.
Ehtiyat oyunçular: 1. Artuq Niqmatullin, 13. Maksim Volodko, 17. Quram Adzoyev, 28. Vladislav Panteleyev, 29. Lamek Banda, 30. Aleksandr Tudor, 71. Aleksandr Denisov.
Baş məşqçi: İqor Çerevçenko.
Hakimlər: Alan Mario Sant, Ona Edvard Spiteri, Roberto Vella, Malkolm Spiteri (Malta).
Hakim-inspektor: Mika Peltola (Finlandiya).
UEFA nümayəndəsi: Kuanış Kanapyanov (Qazaxıstan).
"Bakcell Arena".
Fanat.Az