14:00 05.08.2019 1941

Afrikalı futbolçu: "Düşündüm ki, niyə də Azərbaycanda çıxış etməyim"

"Düzünə qalsa, əvvəlllər buraya gəlməyə tərəddüd edirdim. Çünki "Sabah" klubu barədə heç nə bilmirdim. Daha sonra Azərbaycanda oynamış həmyerlim Dino Ndlovu ilə məsləhətləşmək qərarına gəldim. O, mənə getməyimi məsləhət bildi". 

Fanat.Az xəbər verir ki, bunu "Sabah" klubunun Cənubi Afrika Respublikasının (CAR) "Kayzer Çifs" komandasından transfer etdiyi futbolçu Hendrik Eksteyn deyib.

Klubun televiziyasına müsahibə verən 28 yaşlı hücumçu bildirib ki, D.Ndlovu kimi bir oyunçunun məsləhətini ciddi qəbul edib: "Düşündüm ki, niyə də bu ölkədə çıxış etməyim. Bundan sonra "Sabah"ın təklifinə "hə" cavabı verdim. Buraya gəldikdən sonra yanılmadığımı gördüm. Hazırda bu klubun üzvü olduğum üçün çox şadam. Fikrimcə artıq kluba tam uyğunlaşmışam. Burada özümü çox xoşbəxt hiss edirəm".

Afrikalı oyunçu paytaxt təmsilçisinə gəldikdən sonra 5 oyunda iştirak etdiyini diqqətə çatdırıb: "Bu matçların 4-də qalib gəlmişik. Yalnız birində məğlub olduq. Oyunların hamısında çıxış etmişəm. Görüşlərdə 4 qol vurmuşam və 3 məhsuldar ötürmə etmişəm. Artıq yeni komandama tam uyğunlaşmışam. Burada mənim üçün hər şey qaydasındadır. Bildiyiniz kimi komandamız son mövsümü yeddinci yerdə başa vurub. Ancaq növbəti mövsüm üçün hədəflərimiz böyükdür. İnanıram ki, yüksək yerlər uğrunda mübarizə aparacağıq. Biz döyüşkən komandayıq. Buna gücümüz yetər. Yeni mövsümə tam hazırıq. İndi Premyer Liqada ilk matçımıza köklənmişik. Səbrsizliklə çempionatda ilk oyunumuzu gözləyirəm. Fürsətdən istifadə edib ölkəmdə məni dəstəkləyənlərə demək istəyirəm ki, təkcə məni yox, "Sabah" komandasını dəstəkləyəsiniz. Mən burada sadəcə öz işimi görürəm, futbolçuyam və öz oyunumu göstərməyə çalışıram. Digər futbolçular da bu komanda üçün çalışırlar. Bizi dəstəkləyənlərə demək istəyirəm ki, növbəti mövsümdə hər oyuna qələbə üçün çıxacağıq. Çalışacağıq ki, hər oyun sizi sevindirə bilək".

Qeyd edək ki, "Sabah" Hendrik Eksteynlə 2 illik müqavilə bağlayıb. 

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

Facebookdan bizi izləməyi unutmayın.
X