"Bney Yehuda"nın bu heyəti ilə "Neftçi"ni keçmək şansları sıfıra bərabərdi. Sadəcə, möcüzə ilə bacara bilərlər. Ancaq onların Yossi Abukasis kimi dahi baş məşqçisi var. "Neftçi" isə çox güclüdü".
Fanat.Az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın israilli oyunçusu Əmir Ağayev ölkəsinin mətbuatına müsahibəsində deyib.
27 yaşlı israilli yarımmüdafiəçinin sözlərinə görə, "Neftçi” çox yaxşı və özünəinamı yüksək olan komandadı: "Neftçi” yaxşı futbolçulara malik olan böyük klubdu. Heyətlərində Dario Frederiko kimi futbolçu var. Ümumiyyətlə, əla hücum xəttinə malikdilər. "Bney Yehuda” bunu nəzərə almalıdı. "Bney Yehuda” heç bir yeni oyunçu transfer etməyib. Digər tərəfdən, onların Yossi Abukasis kimi dahi baş məşqçisi var. Oradan yarımmüdafiəçi Din Mori xaric heç kimlə danışmamışam. Fikrimcə, klubdakılar daha çox heyəti gücləndirmək və İsrail çempionatı haqda düşünürlər. Ona görə də mənimlə əlaqə saxlayan olmayıb”.
Fanat.Az