11:08 17.08.2019 1923

Nurlan İbrahimov: "Qurban Qurbanovun tanınması üçün xüsusi vəsiqəyə ehtiyac yoxdu"

"Qarabağ"ın bəzi üzvləri Azərbaycan Premyer Liqasında ilk turun "Keşlə" ilə səfər matçında Peşəkar Futbol Liqasının (PFL) tələbini yerinə yetirməyib.

Bu barədə "Report"a PFL-in Media və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.

Şahgəldiyev bildirib ki, Ağdam təmsilçisinin məşqçi heyəti və digər şəxslər matçda tələb olunan A buraxılış vəsiqəsini taxmayıblar: "Birinci turun açılış matçında belə hal müşahidə olundu. Yəqin ki, qarşılaşmanın AFFA nümayəndəsi bunu öz raportunda qeyd edəcək. Qayda bu ildən Azərbaycan çempionatında tətbiq olunur. Düşünürəm ki, ilk turda belə problemlərin olması normaldır. Yəqin ki, növbəti turadək aradan qaldırılacaq. Kluba cəza veriləcəyini və ya xəbardarlıq olunacağını deyə bilmərəm. AFFA numayəndəsinin təqdim etdiyi raporta əsasən, İntizam Komitəsi qərar çıxaracaq".

"Qarabağ"ın mətbuat katibi Nurlan İbrahimov isə "Report"a bildirib ki, Qurbanovun tanınması üçün xüsusi vəsiqəyə ehtiyac yoxdur: "Bu sistem dünya praktikasında stadiona daxil olub, soyunub-geyinmə otağına girənə kimi tətbiq olunur. Bir neçə il öncə hansısa oyunda belə bir problem yaşandı və kimsə bu formada içəri daxil oldu. Xüsusi akkreditasiya komandanın texniki heyətinə verilir və soyunub-geyinmə otağına daxil olmaq üçündür. Ondan sonra isə baş məşqçimiz Qurban Qurbanov xüsusi geyimdə meydana daxil olub. Biz qayda-qanunlara hörmətlə yanaşırıq. Amma reallıqda Qurban Qurbanovun tanınması üçün hər hansı "becik"ə ehtiyac yoxdur".

Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda baş məşqçi Qurban Qurbanovla yanaşı, klubun digər üzvləri A buraxılış vəsiqəsindən istifadə etməyib. Əsasnamədə isə göstərilir: "PFL tərəfindən verilmiş A buraxılış vəsiqəsi bütün üzvlər (stadionun soyunub-geyinmə otaqları yer alan tunelinə daxil olduqdan sonra oyunda iştirak edəcək futbolçulara şamil olunmur) tərəfindən görünən səviyyədə taxılmalıdır. Stadionun otaqlarında xidmət aparan şəxslər mütləq şəkildə vəsiqəni taxmalıdırlar. Şəkilli A buraxılışının kənar şəxslərə ötürülməsində klub məsuliyyət daşıyır".

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

12 May 2025
20:42

"Qarabağ"ın məşqçisi UEFA-nın kursunda təlimatçı qismində iştirak etdi

20:14

Azərbaycan millisi iki yoxlama oyununa çıxacaq

19:40

Vaqif Cavadovun yerini o tutacaq

19:10

ÇL-in finalını idarə edəcək hakimlərin adları açıqlandı

18:37

Ançelotti Braziliya millisinin baş məşqçisi oldu - RƏSMİ

18:13

"Qarabağ" rəsmisi UEFA Akademiyasının kursuna qatıldı

18:02

Ançelotti rəsmi müqaviləyə imza atdı - Bu tarixdə "Real"ı tərk edəcək

17:51

Azərbaycanın güləş milliləri bölgələrdə toplanış keçəcəklər

17:34

"Milan"ın yarımmüdafiəçisi İngiltərə nəhənginə transfer olunmağa yaxındır

17:03

Mbappenin etdiyini XXI əsrdə heç bir "Real"lı edə bilməmişdi

16:44

"Skudettonun taleyi bizim əlimizdə deyil" - Simone İnzaqi

16:26

Fransa nəhəngi "Arsenal"ın müdafiəçisini istəyir

16:08

"Bu, biabırçılıqdır, biabırçılıq" - Sabiq "Real"lı Vinisiusu qınadı

15:50

Ukrayna tarixinin "ən yaxşı"sı Özbəkistana qayıdır

15:31

Gimnastlarımız Polşada 17 medal qazandılar

15:13

"Sumqayıt" Vaqif Cavadovu istefaya göndərdi - RƏSMİ

14:38

"Barselona"nın saxlamaq istədiyi hücumçu qərarını verdi - Gedir?

14:19

"İnter" braziliyalı vingerin transferini bu tarixədək tamamlamaq istəyir

14:02

"Son iki addım əvvəl ağlımızdan da keçməyən hədəf anlamındadır" - Antonio Konte

13:44

Şafranko "Sabah"ın tarixinə düşdü

13:26

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

13:08

Cavadovun mesajı, Rəfiyevin inadı

12:50

"Bəli, Sadio ilə aramızda müəyyən gərginlik var idi" - Məhəmməd Salah

12:32

"Aston Villa"da oynadığım günlər üçün darıxıram" - "Yuventus"un futbolçusu

12:14

“Qarabağ”ın kapitanı yubiley oyununa çıxdı, tarixdə 6-cı futbolçu oldu

11:57

Xabi Alonsonun "Real Madrid"ə keçəcəyi tarix bəlli oldu

11:38

Azərbaycan cüdoçularından Sloveniyada 2 medal qazandılar

11:20

Ançelotti "Barselona"ya məğlubiyyəti şərh etdi - "Hər kəs bizə istədiyi qiyməti verə bilər"

11:01

"Turan Tovuz" "40"-a çatdı

10:43

Premyer Liqada 3 oyun eyni vaxtda başlayacaq

10:25

Tomas Müllerin yeni klubu müəyyənləşdi - SON DURUM

10:06

"Mançester Yunayted" bir oyunda iki antirekordla yadda qaldı

09:47

Millimizdən böyük irəliləyiş - Reytinq

09:25

Berdiyev utandı, “Səbail” elitanı rəsmən tərk etdi – Tura baxış

09:00

"El Klasiko" tarixində hələ belə şey olmamışdı - Rekord

01:07

İspaniya La Liqası: "El klasiko"nu yenə "Barsa"qazandı, "Atletik"ə 1 qol bəs etdi

00:50

İtaliya A Seriyası: "Napoli" büdrədi, "İnter" faydalandı

00:24

Almaniya Bundesliqası: "Əczaçılar" evdə "arılar"a təslim oldular

00:06

İPL: “Çelsi" səfərdə, MY evdə uduzdu, "Liverpul" "Arsenal" ilə heç-heçə etdi

11 May 2025
23:45

Türkiyə Super Liqası: "Beşiktaş" İstanbulda coşdu

Facebookdan bizi izləməyi unutmayın.
X