Azərbaycan Premyer Liqasında II turun oyun cədvəli açıqlanıb.
Fanat.Az xəbər verir ki, turun qarşılaşmaları üç günü əhatə edəcək.
"Qarabağ” avrokuboklarda iştirak etdiyinə görə mövcud əsasnaməyə uyğun olaraq oyunu bir gün sonraya keçirilib. Ağdamlıların "Qəbələ” ilə matçı avqustun 24-də deyil, ertəsi baş tutacaq.
Qeyd edək ki, turun bütün görüşləri "CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.
Premyer Liqa
2019/20 mövsümü
I dövrə, II tur
24 avqust
"Sumqayıt” – "Səbail”
19:00 "Kapital Bank Arena”
25 avqust
18:45 "Sabah” – "Keşlə”
"Bank Respublika Arena”
"Qarabağ” – "Qəbələ”
21:00 "Azersun Arena”
26 avqust
19:00 "Zirə” – "Neftçi”
Zirə İdman Kompleksinin stadionu
Fanat.Az