Rusiyanın "Dinamo" (Moskva) klubunun baş məşqçisi Dmitri Xoxlov millimizin hücumçusu Ramil Şeydayevin "Lokomotiv"lə oyundakı çıxışını dəyərləndirib.
Fanat.Az xəbər verir ki, mütəxəssis Rusiya Premyer Liqasının VI turunda "Lokomotiv"ə 1:2 hesabı ilə uduzduqları oyunla bağlı danışarkən millimimizn hücumçusu barədə verilən sualı da cavablandırıb. O, Şeydayevin get-gedə daha yaxşı çıxış edəcəyinə inanır: "Futbolçularımızın heç biri 90 dəqiqə oynamağa hazır deyil. Ancaq yeni transferlərimiz özlərini yaxşı tərəfdən göstərirlər. Ramil meydanda tələb olunan işi yerinə yetirir. Bəli, onda hələ hər şey alınmır, hücumçu qol vurmalıdı. Ancaq düşünürəm ki, bu da keçəcək".
Fanat.Az