Bu gün Ukraynanın Kiyev şəhərində beynəlxalq turnir (Viktor Bannikov turniri) start götürəcək.
Fanat.az xəbər verir ki, yarışda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması da iştirak edəcək.
Avqustun 31-dək davam edəcək turnirində Ukrayna, Latviya və İsrail komandaları ilə birgə A qrupunda mübarizə aparacaq yığmamızın heyəti və oyunların təqvimi müəyyənləşib.
U-17-nin heyəti: Eldar Tağızadə ("Fundacion Marcet", İspaniya), Amin Ramazanov ("Lokomotiv", Moskva, Rusiya), Rəşad Həsənov, Əbil Əbilov, Kamal Kazımov (hamısı "Keşlə"), Cəlal Hüseynov, Vüsal Əliyev, Nurəli Nurəliyev (hamısı "Zirə"), Raqib Abışov, Vüsal Qəmbərov (hər ikisi "Sabah"), Samir Həsənov ("Rubin", Kazan, Rusiya), Nikita Pesotski ("Çertanovo", Moskva, Rusiya), Ülvi Mədətov, Rauf Rüstəmli (hər ikisi "Qəbələ"), Zöhrab Əsədov, Musa Musazadə, Mirmövsüm Canıyev (hamısı "Qarabağ"), Mirəli Əhmədov, Nihad Cəfərov, Rəvan Nağıyev (hamısı "Neftçi"), Arif Məmmədov ("Səbail").
Təqvim:
26 avqust
18:00. Azərbaycan – İsrail
27 avqust
18:00. Ukrayna – Azərbaycan
29 avqust
18:00. Latviya – Azərbaycan
30 avqust, saat 16:00 və ya 18:00)
A1-B1 / A2-B2 / A3-B3 / A4-B4
Fanat.az