"Neftçi” Azərbaycan Premyer Liqasının 2-ci turunda səfərdə "Zirə” ilə qarşılaşır.
Fanat.Az matc.az-a istinadən xəbər verir ki, oyunun keçirildiyi Zirə İdman Kompleksinin stadionunda yerli azarkeşlərlə yanaşı, bir qrup "Neftçi” fanatı da var.
Klub rəhbərliyi, baş məşqçi əleyhinə müxtəlif şüarlar səsləndirən "Neftçimania” üzvləri 27-ci dəqiqədə "Zirə”nin vurduğu qoldan sonra tez-tez "Rədd olun, gedin", "Good bye, Bordin" (Sağ ol, Bordin), "Kamran, istefa" deyə şüarlar səsləndirirlər.
Qeyd edək ki, ilk turun oyununda uğursuz nəticələrə etiraz edən "Neftçimania" fan-klubunun üzvləri "Neftçi" rəhbərliyinin tapşırığı ilə stadiondan çıxarılmış, "Forza Neftçi" üzvləri isə fasilədən sonra arenaya buraxılmamışdı. "Forza Neftçi" bu olaydan sonra komandanın oyunlarına getməyəcəyini açıqlayıb.
Fanat.Az