Xəbər verdiyimiz kimi, "AVRO-2020"nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Xorvatiya matçının hakimləri açıqlanıb. UEFA görüşü Sandro Şarerin başçılıq etdiyi hakimlər briqadasına tapşırıbö
Fanat.Az xəbər verir ki, isveçrəli referi Azərbaycan futbolsevərlərinə tanış simadı. Belə ki, o, bundan əvvəl 3 dəfə "Qarabağ"ın avrokubok yunlarına təyinat alıb.
31 yaşlı ədalət təmsilçisi ilk dəfə 2014/15 mövsümündə "Qarabağ"ın Çempionlar Liqasının təsnifat mərhələsində Maltanın "Valletta" klubu ilə səfər oyununda 4-cü hakim olub. Bu görüşdə təmsilçimiz 1:0 hesabı ilə qalib gəlib.
Sandro Şarer ötən mövsüm Avropa Liqasının qrup mərhələsində keçirilən "Vorskla" - "Qarabağ" matçının baş hakimi olub. Poltavadakı matçın 13-cü dəqiqədə isveçrəli referinin təyin etdiyi penaltini dəqiq yerinə yetirən Araz Abdullayev "Qarabağ"a qələbə qazandırıb. Baş hakim bu görüşdə Azərbaycan çempionundan Maksim Medvedev və Donald Geryeyə, rəqibdən isə 4 futbolçuya sarı vərəqə göstərib.
Sandro Şarer cari mövsümdə Avropa Liqasının pley-off mərhələsinin "Linfild" - "Qarabağ" görüşünü də idarə edib. Bu matçda Azərbaycan çempionu 2:3 hesabı ilə məğlub olub. İsveçrəli referi yenə "Qarabağ"ın leyhinə penalti verib. 90+2-ci dəqiqədə təyin olunan 11 metrlik zərbəni qola çevirən Maqaye Qeye fərqi minimuma endirib. Baş hakim "Qarabağ"dan Faysal Rerras, Miçel və Mahir Emreliyə, rəqibdən isə 2 futbolçuya sarı vərəqə göstərib.
Fanat.Az