"Nəhayət, Bakıda məskunlaşdım. İlk təəssüratlarım yaxşıdı. Hər şey birinci səviyyədədi. Həqiqətən komandada hamı bir ailə kimidi. Şəhər də çox gözəldi. İnanıram ki, bu keçid mənim həyatımda yaxşı epizod olacaq".
Fanat.Az xəbər verir ki, bunu "Qarabağ"ın yeni transferi Asmir Beqoviç sportsport.ba-ya açıqlamasında deyib.
Bu yaxınlarda İngiltərə Premyer Liqa təmsilçisi "Bornmut”dan icarə qaydasında Ağdam klubuna keçən 32 yaşlı bosniyalı qapıçı Bakının çox gözəl olduğunu bildirib və "Qarabağ”ın həyatındakı ən gözəl epizodlardan biri olacağına inandığını deyib.
Beqoviç bildirib ki, "Qarabağ”a transferi sürətli alınıb: "Başqa klublar da vardı. Amma onu deyə bilərəm ki, "Qarabağ” mənim seçimimdə ən doğru olanı idi. Komanda iddiasına görə də fərqlənir. Bu transfer mənə çox yaxşı göründü. "Qarabağ” yaxşı ənənəsi olan ciddi klubdu. Onlar həmişə titullar uğrunda yarışırlar və Avropa Liqasının qrupunda çıxış edirlər. Mən özümə olan inamımı doğrultmalıyam”.
Beqoviç transfer pəncərəsinin son günündə "Qarabağ"a keçdiyini sözlərinə əlavə edib: "Xaos idi. Vəziyyət gündən-günə dəyişirdi klublar şoruşurdu. Çalışdım ki, bu, mənə çox da təsir etməsin. Müqavilə ilə məxsus olduğum "Bornmut"a mümkün qədər tabe oldum. Amma ön planda olmadığımı başa düşdüm. Yaxşı təkliflərdən birini qəbul edib özümü yeni mühitdə sınamaq istədim. Yenə də deyirəm: oynamaq mənim üçün çox vacibdi".
Fanat.Az