"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda "Sevilya" ilə ev oyunu üçün biletlər bu gündən satışa çıxarılıb.
Fanat.az xəbər verir ki, bu barədə klubun rəsmi "Facebook" səhifəsi məlumat yayıb. Biletlərin qiymətləri sektorlar üzrə 3, 5, 15, 20, 50 və 100 AZN-dir.
Biletlərin satış məntəqələri:
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları
Gənclik və 28 Mall (iticket satış məntəqəsi)
Park Bulvar AVM (iticket satış məntəqəsi)
ASAN 2, 3 (Yasamal, Amay t/m)
İticket.az (onlayn)
Qeyd edək ki, sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ” - "Sevilya” matçı saat 20:55-də başlayacaq.
Fanat.Az