13:50 15.09.2019 1541

Fariz Nəcəfov: “Xaricdən məşqçi gətirməyə büdcəmiz imkan vermir”

"Qəbələ”nin prezidenti Fariz Nəcəfov Azərbaycan Premyer Liqasının IV turunda "Sabah”la oyundan sonra müsahibə verib. Klub rəhbəri bu mövsümkü ilk qələbədən, yeni baş məşqçi məsələsindən və digər məqamlardan danışıb.
 
- Komandanız nəhayət ki, 4-cü turda həm qol vurdu, həm də qələbə qazandı.
- Axır ki, qələbə qazandıq. Amma qələbədən daha çox məni sevindirən oyunumuzun inkişaf etməsidir. İkinci sevindirici məqam isə akademiyamızın yetirmələrinin meydanda sayının artması və qolu da elə öz yetirməmizin vurmasıdır. Səhv eləmirəmsə, meydanda akademiyamızın 7 yetirməsi vardı - 6-sı bizdə, biri də "Sabah”ın heyətində. Əlbəttə, qələbə hər zaman xoşdur. İndi bu ab-havanı qoruyub saxlayamalıyıq.
 
- Elmar Baxşıyev qısa zamanda komandada nəyi dəyişdi?
- İnanmıram ciddi nəyisə dəyişsin. Əlbəttə, təzə baş məşqçi olanda hər kəs özünü göstərmək istəyir. Komandadakı hər kəs başa düşürdü ki, bu gün qələbə qazanmaq bizim üçün çox vacib idi.
 
- Bu qələbədən sonra düşünmədiniz ki, Sənan Qurbanovun gedişi gecikmiş addım idi?
- Belə hesab etmirəm. Bizim klubda atılan addımlar, təyinatlar hamısı mövcud vəziyyətə uyğun olur. Onsuz da xaricdən yeni məşqçi gətirməyə büdcəmiz imkan vermir. Bizə hazırkı məqamda komandanı tanıyan məşqçi lazımdır. Üstəlik Sənan Qurbanov da məşqçi kimi klubumuzda kifayət qədər təcrübə qazanmışdı. Mən Sənana inanıram. Düşünürəm ki, gələcəkdə ya başqa komandada, ya elə nə vaxtsa "Qəbələ”nin özündə uğur qazanacaq. Görünən odur ki, o, lazımi ab-havanı yarada bilmədi.
 
- Komandanın "Sabah”la oyundakı qələbənin ardını gətirməsi, uğurlu çıxışı Elmar Baxşıyevin vəzifəsinin qarşısındakı "müvəqqəti” sözünü silə bilər?
- Sözün açığı, məşqçi məsələsi ilə bağlı çox danışmaq istəmirəm. Çünki bu məsələ klubda təsisçilər tərəfindən müzakirə olunur. Baş məşqçi məsələsi ilə bağlı qərar verməmişik, axtarışlarımız davam edir.

- Əvvəlki illərlə müqayisədə büdcə azaldılıb. Hazırkı "Qəbələ”nin hədəfi nədir?
- Hədəf akademiyanın uşaqları ilə yaxşı oynamaqdır. İstəyirik ki, işimizin bəhrəsini görək. Bugünkü büdcə ilə çempionluq, avrokuboklar uğrunda mübarizə aparmağımız real deyil. Ehtiyat oyunçular skamyamız çox zəifdir. Təsəvvür edin, əsas heyətdən 2 nəfər zədələnsə, necə çətin vəziyyətlə üzləşərik.
 
- Qeyd etdiniz ki, işimizin, akademiyamızın bəhrəsini görmək istəyirik. Yəqin ki, Uels və Xorvatiya ilə oyunlarda millimizin heyətində özünü ən yaxşı tərəfdən göstərən Bəhlul Mustafazadənin timsalında işinizin bəhrəsini gördüz...
- Əlbəttə. Bəhlulun millidəki inamlı oyunu sevindirici haldır. Düşünürəm ki, gələcəkdə bunu başqalarının da timsalında görəcəyik.

- "Qəbələ”nin büdcəsinin azaldılması akademiyanın fəaliyyətinə təsir göstərib?
- Yox, sevindirici haldır ki, akademiya tam sürətlə işinə davam edir.
 
- Son zamanlar çempionatdakı legioner limiti məsələsi yenidən gündəmə gəlib. Ölkənin aparıcı klubunun rəhbəri kimi sizin limitlə bağlı fikirləriniz necədir?
- Mən bu məsələni 5 ildi israrla qabardıram. Limit bizə lazım deyil. Limit hansı klublara sərf eləmir? "Qarabağ”a, "Neftçi”yə, bir sözlə, iddialı klublara. Hazırda "Qəbələ”nin heyətində əvvəlki illərdəki kimi legionerlərin sayı çox deyil. Amma bu məqam da mənim fikrimə təsir etmir. Eybi yoxdur, qoy bizə qarşı çempionatda 10 legionerlə oynasınlar, amma limit azaldılmalıdır. Avropada uğur qazanmaq istəyiriksə, mütləq bu addım atılmalıdır.
 
- Yəni limit tam götürülməlidir?
- Tam yox, amma böyük ölçüdə azaldılmalıdır. Bu məsələ geniş müzakirə olunmalıdır. Mən demirəm birmənalı şəkildə aradan götürülsün. Xeyr. Amma azaldılması mütləqdir.
 
- Legioner limitinin azaldılması fikrinə qarşı çıxanlar bunu yerli oyunçuların inkişafına mane olacağını bildirirlər...
- Bəzən deyirlər ki, limitə görə hansısa futbolçular üzə çıxıb. Məncə, həmin futbolçular təbii yolla üzə çıxsalar, daha yaxşı olar. Baxıram "Sabah”a, heyətdəki yerli futbolçuların əksəriyyəti "Qəbələ”də də oynayıblar. Bu o deməkdir ki, futbolçu qıtlığı var. Bu gün bir komandanın vəziyyəti pisləşir, digəri yaxşılaşır. Yerli futbolçular dərhal maliyyə durumu yaxşılaşan komandaya üz tuturlar. Az sonra həmin komandada maliyyə azalan kimi başqa bir kluba keçirlər. Yəni demək olar ki, eyni futbolçulardır və bir-bir klubları dəyişirlər (sport24.az).

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:21

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

Facebookdan bizi izləməyi unutmayın.
X