"Neftçi” fanatları hazırda davam edən Azərbaycan derbisində olduqca narazı görünür.
Fanat.Az xəbər verir ki, oyunun 69-cu dəqiqəsində "Qarabağ”ın "ağ-qaralar”ın qapısına 2-ci dəfə yol tapması 500-dən artıq tərəfdarı özündən çıxarıb.
Eyni sektorda əyləşən qonaq azarkeşlər "Neftçi” rəhbərliyini birağızdan istefaya səsləyib. Bakı klubunun başqanı Kamran Quliyevə yönəldilən "Kamran, istefa” çağırışı da aydın eşidilib.
Fanat.Az