13:20 27.09.2019 1287

"Qarabağ" və "Düdelanj" üçün statistika

UEFA "Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin II turunda Lüksemburq təmsilçisi "Düdelanj”la səfər oyunu üçün statistik məlumatları açıqlayıb.

Ağdamlılar ilk turda İspaniyanın "Sevilya” komandasına Bakıda 3 cavabsız qolla uduzub. Lüksemburqlular isə Kiprdə APOEL-i 4:3 hesabı ilə üstələyiblər.

Əvvəlki qarşılaşmalar

Bu komandalar 3 mövsüm öncə Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsində görüşüblər. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv evdə Riçard Almeydanın dublu sayəsində 2:0 hesabı ilə qalib gəlib. Lüksemburqdakı görüşdə isə heç-heçə qeydə alınıb – 1:1. Azərbaycan çempionunun bərabərlik qoluna Reynaldo Silva imza atıb.

"Qarabağ” və "Düdelanj” indiyədək rəqibin təmsil etdiyi ölkənin başqa komandaları ilə üz-üzə gəlməyiblər.

Komandalar haqda faktlar

"Düdelanj”

Lüksemburq futbolunun flaqmanı ötən mövsüm ardıcıl 4-cü dəfə qızıl medallara sahib çıxmaqla 15 qat ölkə çempionu olub. "Düdelanj” ötən mövsüm Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla, bunu bacaran ilk Lüksemburq klub kimi ölkə futbolunun tarixinə düşüb. Hərçənd orada ilk 5 oyunu uduzduqdan sonra İspaniya "Betis”i ilə evdə qolsuz heç-heçə edib.

"Düdelanj” ötən mövsüm olduğu kimi, yenə ÇL-in I təsnifat mərhələsində mübarizəni dayandırıb. Komanda Maltanın "Valetta” kollektivini keçə bilməyib. Ancaq bundan sonra Avropa Liqasında "Şkendiya” (Makedoniya), "Nymme Kalyu” və "Ararat”ı (Ermənistan) üstələyərək, qrupa düşüb.

"Düdelanj” avrokuboklarda artıq 5 oyundur evdə uduzmur – 2 qələbə, 3 bərabərlik. Özü də son 2-də qalib gəlib.

"Qarabağ”

"Qarabağ” ötən mövsüm ardıcıl 6-cı, ümumilikdə isə 7-ci dəfə Azərbaycan çempionu olub. "Köhlən atlar” ikinci yeri tutan "Neftçi”ni 8 xal qabaqlayıb. Komanda ardıcıl 5 dəfə avrokubokda qrup mərhələsinə vəsiqə qazanıb. Hərçənd Ağdam təmsilçisi ötən mövsüm qrup mərhələsində 5 oyunda uduzub, yalnız "Vorskla”nı Ukraynada məğlub edə bilib (1:0).

"Qarabağ” cari avrokubok mövsümünə ÇL-in I təsnifat mərhələsindən başlayıb. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Albaniyanın "Partizani” (0:0, 2:0) və İrlandiyanın "Dandolk” (1:1, 3:0) kollektivlərini mübarizədən kənarlaşdırdıqdan sonra Kipr APOEL-i ilə bacarmayıb (2:1, 0:2). Buna rəğmən, Azərbaycan çempionu Şimali İrlandiya təmsilçisi "Linfild”i (2:3, 2:1) keçərək Avropa Liqasının qrupuna düşüb.

"Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki statistikası bu cürdür: 3 qələbə, 1 heç-heçə və 8 məğlubiyyət. Ağdam təmsilçisi bütün hallarda ilk səfər matçında uduzublar. Bu baxımdan Lüksemburqda tilsim qırıla bilər.

"Düdelanj” və "Qarabağ” ardıcıl ikinci mövsümdür ki, ölkələrinin avrokubokların əsas mərhələsində yeganə təmsilçiləridirlər.

"Düdelanj”ın qapıçısı Conatan Juber APOEL ilə səfər matçında 40 yaş 7 günlüyündə meydana çıxmaqala, turnirin tarixində 40-dan yuxarı yaşda buna nail olan 11-ci futbolçu oldu. Turnirin rekordu 2013/2014 mövsümündə Moldova "Şerif”i ilə matçda İngiltərə təmsilçisi "Tottenhem”in qapısını qoruyan Bred Firdelə məxsusdur – 42 yaş 173 gün.

Baş məşqçilər

Bertran Krasson qrup mərhələsinin startı ərəfəsində köməkçisi olduğu Emilio Ferreranın yerinə müvəqqəti baş məşqçi təyin olunub. Belçika yığmasında müdafiəçi kimi 26 oyun keçirən 47 yaşlı mütəxəssis DÇ-1998-in final mərhələsinin iştirakçısı olub. O, klub karyerası ərzində daha çox vətənində "Anderlext”in formasını geyinib. Həmçinin İtaliyada "Napoli”də çıxış edib.

Qurban Qurbanov Azərbaycan millisinin ən yaxşı bombardiridir. O, 64 matça 12 qol vurub. Futbolçu karyerasında çoxlu sayda klub dəyişən 47 yaşlı mütəxəssis 11 ildir "Qarabağ”a rəhbərlik edir. O, bu müddətdə ardıcıl 6 dəfə ölkə çempionu olub və 4 dəfə Azərbaycan Kubokunu götürüb. Ən önəmlisi, o, ÇL-in qrupuna vəsiqə qazanan ilk azərbaycanlı məşqçi kimi tarixə düşüb. Qurbanov 2017-ci ilin noyabrından 2018-ci ilin dekabrınadək paralel olaraq Azərbaycan millisinə də rəhbərlik edib. (Report)

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
23:52

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

Facebookdan bizi izləməyi unutmayın.
X