"Qarabağ"ı təbrik edirəm. Bilirik ki, Azərbaycanın ən güclü klublarından biridir".
Bu fikirləri "Sabah"ın məşqçisi Rövşən Babayev Premyer Liqanın VII turunda "Qarabağ"a uduzduqları (0:2) oyundan sonra deyib.
Mütəxəssis bildirib ki, Ruslan Abışovun görüşdə iştirak etməməsi zədə ilə bağlıdır: "Abışov yaxın zamanlarda məşqlərə başlayacaq. Cavid İmamverdiyev isə 10-15 gün olmayacaq. Futbolçulara minnətdarlığımı bildirirəm ki, əzmkarlıq göstərdilər. Həftə ərzində yaxşı çalışmışdılar.
Qol vurmamağımızın əsas səbəbi şanssızlıq idi. İmkanlar oldu, yararlana bilmədik. Bugünkü oyuna görə oyunçulara təşəkkür düşür".
Fanat.Az