23:24 06.10.2019 1674

Qurban Qurbanov: "Mənim üçün daha önəmlisi budu"

Azərbaycan Premyer Liqasında VII turun "Qarabağ” – "Sabah” (2:0) oyunundan sonra təşkil edilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb. O əvvəlcə görüş barədə fikirlərini bildirib:

- Futbolçularımı təbrik edirəm. Çox ağır qrafikdəyik. Həm çempionat, həm avrokubok oyunlarına çıxırıq. Futbolçularda istək həddən artıq çox olmalı idi. Həm fiziki, həm psixoloji yorğunluq var. Avrokubokdan sonra çempionata köklənmə problem ola bilərdi. Amma çox aktiv göründülər. "Sabah”a uğur arzulayıram. Asan qələbə olmadı. Çox istəkli rəqib gördük. Şükür olsun ki, 3 xal qazandıq.

- Rəqib hücumçular belə zəifdi ki, 7 oyunda cəmi 1 qol buraxmısız?
- Xeyr. Belə yanaşmaq istəməzdim. Bəzən bu cür period olur. Çox nadir hallarda baş verir. Qol buraxmamaq istəyi çoxdu. Bu gün də qapımız qarşısında təhlükəli epizodlar oldu. Rəqib hücumçular barədə belə fikir səsləndirmək istəməzdimş. Hər oyun müdafiəçilərimiz çox çalışırlar, bəzən də qapıçı qurtarışlar edir.

- Mahir Mədətovun durumu necədi?
- Topuq hissəsi şişib. Gördüyümüz qədər yaxşı deyil. Sabah rentgen müayinəsindən sonra dəqiq bilinəcək. Onun belə zədə almasını istəməzdik. Zədədən yeni qayıtmışdı və formasını bərpa edirdi. Ancaq futboldu, belə şeylərə hazır olmalıyıq.

- Hakimliklə bağlı nəsə demək istəmirsiz? Oyunboyu dördüncü hakimə etirazlarınız oldu...
- Oyunboyu narazılıq bildirmədim. İkinci sarı vərəqə zamanı etirazım oldu. Amma sonra ona yaxınlaşıb, danışdım. Oyunun əvvəlində iki "sarı” verilməsi məni özümdən çıxardı. Futbolda belə şeylər normald. Gənc hakimlər var. Onlara uğur arzulayıram.

- Çempionat oyunlarına futbolçuları necə motivasiya edirsiz?
- Mövsümün əvvəlində heç nə həll olunmur. Əlimizdə şans varsa, xal ehtiyatını artırmağa çalışmalıyıq. Heç bir komanda ilboyu eyni səviyyədə qala bilmir, hər hansı müddət problemlə üzləşir. Nə qədər imkan varsa, maksimum hazır olmalı və xallar qazanmalıyıq. Futbolçular getdikcə daha da peşəkarlaşır. Mənim söz ehtiyatım o qədər də çox deyil. Sadəcə, futbolçularla dialoqdayıq, həmişə bir yerdəyik. Bacardığımız qədər yaxşı nəticələr qazanmaq istəyirik.

- Sizə "Traktor Azərbaycan”ın forması hədiyyə olundu. Bu komandanı izləyirsizmi?
- Bu gün aparıcılarını izlədim, futbolçusuna şeir deyirdi. Oyunlarını yox, amma qollarına baxıram. Onların vəziyyəti ilə maraqlanıram.

- Gələcəkdə onlarla yoldaşlıq oyunu keçirmək mümkün ola bilərmi?
- Hər şey mümkündü. Sadəcə, bu, o halda olur ki, hər iki komandanın uyğun vaxtı olsun. Bizim hazırda zamanımız yoxdu. İndi bu barədə düşünməmişik.

- Moskva "Spartak”ının baş məşqçisi təyin olunacağınızla bağlı xəbərlər var...
- Deyəsən, xəbər çıxdı ki, yeni baş məşqçiləri müəyyənləşib. Belə yazılara o qədər də önəm verməyək.

- Fasilədən necə istifadə edəcəksiz?
- Minimum bir yoxlama oyunu keçirmək istəyirik. Amma ola bilər ki, bu, heç 90 dəqiqə olmasın. Ayın 12-nə planlaşdırırıq. Məşqin əvəzinə belə oyun keçirə bilərik.

- Beoqviçlə müqavilə qışa qədərdi. Onu daha uzun müddət saxlamaq mümkün olacaqmı?
- Gücümüz çatan qədər müqavilə bağlamışıq (gülür). Qışda nə olacağını görəcəyik. Komandaya tez uyğunlaşdı. Pozitiv insandı, sanki bir neçə ildi burdadı. Heç düşünmürük ki, ingiltərədən gəlib, çox sadı və peşəkardı. Qalmasını istəyərik.

- Onun qapıda sərgilədiyi futbol səviyyəsində hücum oyunçusuna ehtiyac hiss edirsizmi?
- Bu gün oyunçularımdan razıyam. Qeye də özünə gəlir, Mahir yaxşı çıxış edir. Beqoviç səviyyəsində axtarmaq üçün o çempionatlara getmək lazımdı. Bu da bəlkə 10 ildən bir alınar. Əlimdə olanlardan razıyam. Ola bilər ki, çox yaxşı futbolçu gəlsin, amma kollektivə ziyan versin. İndi kollektiv çox mehriban, istəklidi və hamı bir-birinə hörmətlə yanaşır. Mənim üçün daha önəmlisi budu. Hər xəttə əlavə futbolçu istərdim. İmkan olduqca transferlər edirik. Bəlkə də, gələcəkdə belə oyunçu da olacaq.

- 6 ildi avrokuboklarda qrup oynayan "Qarabağ”n Beqoviçi saxlamağa gücü çatmaz?
- Yox (gülür). Bilmədim nə cavab verim. Həyatdı, bilmək olmaz.  (matc.az)
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X