Kamran Əiyev Rusiya çempionatının I divizionunda növbəti qolları vurub.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu XVII turun "Mordoviya”ya qarşı doğma meydanda keçirilən matçında (4:0) iki qola imza atıb. Start heyətdə meydana çıxan Kamran 6 və 47-ci dəqiqədə fərqlənib, 79-cu dəqiqədə isə əvəzlənib.
Qeyd edək ki, bu, Əliyevin hazırkı mövsümdə 7-ci qolu olub. "Ximki” 17 turdan sonra 37 xalla 20 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.
Fanat.Az