Premyer Liqanın IX turunda "Zirə"ni qəbul edən "Sabah" ciddi itki ilə üzləşib.
Fanat.Az xəbər verir ki, paytaxt klubunun kapitanı Ruslan Abışov sıradan çıxıb.
Belə ki, qarşılaşmanın 30-cu dəqiqəsində "Sabah"ın qapısı qarşısında yaranan epizodda zədə alan müdafiəçiyə həkimlər yardım edib. Oyunu davam etdirə bilməfən Abışov həkimlərin köməyi ilə ehtiyat oyunçular skamyasına yollanıb. Onu Kərim Diniyev əvəzləyib.
Qeyd edək ki, "Sabah" matçın ilk hissəsini 2:1 hesablı qələbə ilə başa vurub.
Fanat.Az