19:42 27.10.2019 1836

Tale Heydərov: "Qarabağ" bir komandadan daha artıqdı"

"ABŞ-da bazar ertəsi axşamları futbolun sinonimi sayılır. Hərçənd bunun yöndəmsiz Amerika variantıdır ki, digər dünyanın "gözəl oyun” hesab etdiyinə donuz dərisi atır. Amma Avropada – xüsusilə də Azərbaycanda – dünya oyunu (bizim amerikalı kuzenlərə futbol) dominantlıq edir”.

APA-nın məlumatına görə, bu barədə "Qəbələ” İdman Klubunun sabiq prezidenti Tale Heydərov "emerging-europe.com”da dərc olunmuş məqaləsində yazıb.

O vurğulayıb ki, futbol üzrə Avropa miqyaslı turnirlər Azərbaycanda xüsusi çəkiyə malikdir:

"Avropanın ümumqitə ikinci yarışı, UEFA Avropa Liqası dördüncü gün axşamları Azərbaycanın idman həyatının ayrılmaz hissəsi olub. Yarış ölkəni Avropa millətlər ailəsi ilə birləşdirməyə kömək edib. Turizm və əvvəl qərblə şərqin bu yolunu bilməyən qonaqlar üçün yeni dalğa açıb. Futbolun gənclərin komanda idman növlərinə cəlb olunması və onların qürur hissəsinin artmasındakı rolunu "Qəbələ” Futbol Klubunun prezidenti olduğum vaxtdan xüsusi dərk edirəm. Biz "Arsenal” və İngiltərənin əfsanəsi Toni Adamsı kluba rəhbərlik etməyə dəvət etdik və "Arsenal”a "Qəbələ” futbol akademiyasını – ölkədəki yerli gənc istedadların inkubatorunu yaratmaq imkanı verdik”.

T.Heydərov qeyd edib ki, qitə kuboklarının qrup mərhələsinin daimi iştirakçısına çevrilən "Qarabağ” bütün ölkədəki futbolsevərləri birləşdirib: "Futbol adətən şəhərləri, birlikləri, hətta ailələri kluba loyallıq baxımından bölür. Buna baxmayaraq, Avropa miqyaslı oyunları Azərbaycanda bütün millət izləyir və onlar birləşir, xüsusilə də hazırkı Premyer Liqa çempionu "Qarabağ” oynayanda. 2017-2018-ci illər mövsümündə Çempionlar Liqasında qrup mərhələsində düşən ilk Azərbaycan komandası ümumilikdə UEFA turnirlərində 87 oyun keçirib, 33 qələbə qazanıb, 22 heç-heçə edib. Bu yaxınlarda İspaniyanın "Sevilya” klubu ilə oynadılar, oktyabrın 3-də isə Lüksemburqda Avropa cırtdanları "Düdelanj”la görüşdə 4:1 hesablı qələbə qazandılar. Bu həftə "”Qarabağ” Kipr çempionu APOEL-i, avqustda səfərdə 2:1 hesabı ilə məğlub etdiyi komanda ilə qarşılaşdı. Avropa komandaları ilə oyunlar Azərbaycan futbolunun səviyyəsini artıracaq və biz ümid edirik ki, Messi və Ronaldo ümidləri verən yeni nəsli ilhamlandıracaq”.

Sabiq klub prezidenti "Qarabağ”a xüsusi rəğbət və sevginin komandanın təmsil etdiyi bölgə və daşıdığı adla bağlılığına da toxunub: "Amma azərbaycanlı fanatların həmrəyliyinin daha ciddi əsasları var. Onlar bir komandadan daha artıqdır. Onlar daha artıq olan bir şeyin rəmzidir. 1951-ci ildən yaranan "Qarabağ” komandasının vətəni, doğma şəhəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Ağdamdır. Komandanın uğursuz ləqəbi var – "həmişə evdən uzaqda oynayan komanda”. 1993-cü ildə Dağlıq Qarabağdakı erməni-azərbaycanlı münaqişəsi zamanı qonşu Ermənistanın qüvvələri Ağdamı viran ediblər. Komandanın baş məşqçisi Allahverdi Bağırov tank əleyhinə minada partlayıb. O, həm də 1992-ci ilin fevralında Xocalı soyqırımına da məruz qalan Azərbaycan vətəndaşlarından çox sayda xilas etmiş cəsur vətənpərvər olub.
İşğaldan sonra "Qarabağ” 1966-cı ildə keçirilən dünya kubokunda İngiltərənin Qərbi Almaniya üzərində qələbəsində həlledici rol oynamış rusiyalı kimi tanınan yan xətt hakiminin adını daşıyan Tofiq Bəhramov adına milli stadiona qaçqın düşüb. "Qarabağ” FK-nın davam edən erməni işğalı üzündən indiyə qədər öz evində oynaya bilməməsi faktının özü yaralı yerdir. Bunun davamını "Düdelanj”la bu yaxınlardakı matçda görmək olardı. Ermənilər tanınmamış "Dağlıq Qarabağ Respublikası”nın bayrağı ilə stadiona dron uçurdanda qarşılaşma 20 dəqiqə dayandı. Belə təxribatlara idmanda yer yoxdur, daha geniş müstəvidə bunlar iki xalq arasında münasibətləri daha da qızışdırmağa xidmət edir".

O, erməni-azərbaycanlı münaqişəsinin başlanğıcı 30 il əvvələ təsadüf etdiyini də xatırladıb: "BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi ilə Ermənistanı torpaqları tərk etməyə çağırsa da, bunu etməyiblər. Yüz minlərlə kişi, qadın, uşaq didərgin düşüb və qaçqın kimi bütün ölkədəki düşərgələrdə yaşayırlar. Bu səbəbdən Azərbaycanda qaçqınların sayına görə dünyada ən yüksək göstəricilərdən biri müşahidə olunur.
Biz hələ "Qarabağ” FK-ya tribunadan azarkeşlik edir və onların uğurlarına sevinirik. Hər qələbə kədər çalarlıdır. Bir gün, ümid edirəm ki, tezliklə beynəlxalq birlik bizim öz doğma stadionumuzda oynamaq imkanı qazanmasının qayğısına qalacaq,  bölgəni narahat etməkdə davam edən bu acı problemə son qoyacaq”.
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

Facebookdan bizi izləməyi unutmayın.
X