Bu gün Azərbaycan Premyer Liqasında X tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, son oyun günündə iki matç baş tutub. Bu dəfə turnir cədvəlinin aşağı "4-lüy"ündəki komandalar üz-üzə gəlib.
Günün ilk oyununda "Zirə" və "Sumqayıt" qarşılaşıb. Meydan sahibləri iki dəfə hesabda önə keçsə də, qonaqlar bərabərliyi təmin edib və oyun 2:2 hesabı ilə yekunlaşıb.
Bu, iki komanda arasında 18-ci matç olacaq. 18 qarşılaşmanın 10-da "Zirə", 4-də "Sumqayıt" qələbə qazanıb, 4-ü heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də qəsəbə təmsilçisi öndədi - 25:15.
Tura Qəbələ şəhər stadionunda eyniadlı komanda və "Sabah" arasındakı görüşlə yekun vurulub. 3 qolun qeydə alındığı oyunda "Sabah" turun yeganə qələbəsini qazanıb.
Bu, iki komandanın 6-cı qarşılaşması olub. 6 görüşün 3-də "Qəbələ”, 2-də "Sabah” qalib gəlib, daha 1 oyun heç-heçə ilə yekunlaşıb. Topların nisbəti 5:4 əyalət təmsilçisinin xeyrinədi.
Qeyd edək ki, turun ilk 2 matçında qapılara qol vurulmayıb. "Neftçi" - "Qarabağ" və "Səbail" - "Keşlə" oyunlarında hesab açılmayıb - 0:0.
Premyer Liqa
2019/20 mövsümü
II dövrə, X tur
3 noyabr
Zirə - Sumqayıt 2:2
Qollar: Mfo Kqasvane, 3. Riçard Qadze, 58 - Peyman Babayi, 30. Əmir Ağayev. 81.
Zirə: 1. Orxan Sadıqlı, 8. İlkin Muradov, 88. Tellur Mütəllimov, 7. Cavid Hüseynov (k), 27. Adrian Skarlatake, 23. Mfo Kqasvane, 5. Anastasios Papazoqlu, 11. Soni Norde, 6. Alvaro Ampuero, 43. Riçard Qadze, 70. Nicat Süleymanov.
Ehtiyat oyunçular: 28. Boyan Zoqoviç, 14. Bəxtiyar Həsənalızadə, 10. Elvin Məmmədov, 17. Robin Nqalande, 18. Xulio Sezar Rodrigez, 25. Miloş Bakraç, 99. Rafael Məhərrəmli, 64. Kənan Cəfərov.
Baş məşqçi: Zaur Həşimov.
Sumqayıt: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k), 46. Aleksey İsayev, 4. Şəhriyar Əliyev, 22. Sərtan Taşqın, 6. Vüqar Mustafayev, 90. Rəhim Sadıxov, 10. Əmir Ağayev, 8. Peyman Babayi, 5. Camaladdin Xocaniyazov, 44. Elvin Cəfərquliyev.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 12. Nicat Mehbalıyev, 2. Rail Məlikov, 7. Ehtiram Şahverdiyev, 11. Elgün Nəbiyev, 9. Amil Yunanov, 50. İlqar Qurbanov, 18. Süleyman Əhmədov, 20. Rüfət Abdullazadə, 28. Səbuhi Abdullazadə, 49. İbrahim Əliyev.
Baş məşqçi: Ayxan Abbasov.
Hakimlər: Səbuhi Bayramov, Nahid Əliyev, Eyyub İbrahimov, Əliyar Ağayev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Zirə İdman Kompleksinin stadionu.
Qəbələ - Sabah 1:2
Qollar: Davit Volkov, 44 - Cavid İmamverdiyev, 54. Hendrik Ekşteyn, 73.
Qəbələ: 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 7. Roman Hüseynov, 74. Yusif Nəbiyev, 9. Davit Volkov, 3. İviça Zuniç, 10. Klesio Bauk, 77. Merab Qiqauri, 21. Fernan Lopez, 2. Amin Seydiyev.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 36. Elməddin Sultanov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 19. Rövlan Muradov, 20. Faiq Hacıyev.
Baş məşqçi: Azər Bağırov.
Sabah: 1. Saşa Stamenkoviç (k), 22. Məqsəd İsayev, 10. Cavid İmamverdiyev, 17. Məhəmməd Mirzəbəyov, 4. Bəhlul Mustafazadə, 13. Filip İvanoviç, 23. Amadu Diallo, 27. Hendrik Ekşteyn, 9. Ulise Diallo, 26. Ozan Can Kökcü, 11. Şakir Seyidov.
Ehtiyat oyunçular: 71. Dmitro Bezruk, 5. Kərim Diniyev, 6. Vadim Abdullayev, 21. Rocer Roxas, 99. Abbas Ağazadə, 20. Anar Panayev, 38. Arsen Ağcabəyov.
Baş məşqçi: Rövşən Babayev.
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Namiq Hüseynov, Rəşad Əhmədov.
Hakim-inspektor: Fariz Yusifov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Qəbələ şəhər stadionu.
№ |
Klub |
O |
Q |
H/H |
M |
T/F |
X |
1 |
Qarabağ |
10 |
8 |
2 |
0 |
19:2 |
26 |
2 |
Neftçi |
10 |
5 |
3 |
2 |
15:8 |
18 |
3 |
Keşlə |
10 |
4 |
4 |
2 |
11:5 |
16 |
4 |
Səbail |
10 |
3 |
2 |
5 |
8:14 |
11 |
5 |
Sumqayıt |
10 |
3 |
2 |
5 |
11:15 |
11 |
6 |
Sabah |
10 |
2 |
4 |
4 |
10:11 |
10 |
7 |
Zirə |
10 |
2 |
4 |
4 |
10:16 |
10 |
8 |
Qəbələ |
10 |
1 |
3 |
6 |
6:19 |
6 |
Bombardirlər |
Lorenzo Frutos (Keşlə) -
5. İsmayıl İbrahimli (Qarabağ), Stiven Monroz (Neftçi), Mehdi Şərifi
(Sumqayıt) - 4. Mirabdulla Abbasov (Səbail), Mahir Emreli (Qarabağ), Ağabala
Ramazanov (Səbail), Maqaye Qeye (Qarabağ), Amadu Diallo (Sabah), Emin
Mahmudov (Neftçi), Baqali Dabo (Neftçi) - 3. |
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol