Qazaxıstan Premyer Liqasında XXXII turun oyunları keçirilib.
Fanat.Az xəbər veri ki, Azərbaycan millisinin qapıçısı Emil Balayevin də formasını geydiyi "Tobol" doğma meydanda "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçukun çalışdırdığı "Astana" ilə qarşılaşıb. Matç "Astana"nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbədən sonra Qriqorçukun komandası sona bir tur qalmış çempionluğu rəsmiləşdirib.
"Tobol" hazırda 60 xalla 4-cü pilləni tutur və 3-cü yerdən 2 xal geridədi. Avroliqa şansını saxlayan Emil Balayevin komandası son turda bu yarışa vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq. Bunun üçün "Tobol" son turda "Aktobe"ni məğlub etməli, "Ordabası" isə evdə "Taraz"a uduzmalıdı.
Fanat.Az