14:13 19.11.2019 2975

Elxan Məmmədova ünvanladığımız sualın cavabı - II hissə

Fanat.Az-ın Dövlət Proqramının nə dərəcədə yerinə yetirildiyi ilə bağlı "Elxan Məmmədova sualımız" adlı lahiyəsindən xəbərdarsınız. Hər dəfə bir sual və bir cavabdan ibarət olacaq araşdırmamızın artıq ilk hissəsi yayımlanıb (ilk hissə). 

I hissədə diqqət çəkən məqamdan xatırlatma:

O vaxt FIFA və UEFA-nın tələbi ilə keçirilən futbol ictimaiyyətinin forumunda qəbul edilən işçi qrupunun üzvləri və AFFA rəsmiləri yeni nizamnaməni hazırladı. Əsas məqsəd ölkə futbolunda əsaslı islahatların aparılması, qanunlara söykənərək dövlətin futbola diqqət və qayğısının artırılması idi. Beynəlxalq futbol qanunları ilə yanaşı, Azərbaycan qanunlarının da nizamnamədə əks olunması üçün Ədliyyə Nazirliyinin, eyni zamanda, Gənclər və İdman Nazirliyinin yüksək səlahiyyətli nümayəndələri daimi proseslərdə iştirak edirdilər. Bunun nəticəsi olaraq FIFA, UEFA rəsmilərinin iştirakı ilə konfrans keçirildi, yeni nizamnamə qəbul edildi və uzun illərdən sonra AFFA-da rəhbər heyət, İcraiyyə Komitəsi tam olaraq yenidən seçildi. Futbola inam qayıtmışdı. İstər üst səviyyədə dövlət qayğısı, istərsə də yeni klubların, əsasən də bölgə komandalarının yaradılması, sponsorların cəlb edilməsi bu idman növündə yeni mərhələ, canlanma yaratmışdı. 2004/05 mövsümündə bölgələrlə yanaşı, Bakıdakı matçlarda da tribunalara 20-25 min azarkeş toplaşırdı. Bakı, Yevlax, Zaqatala, Lənkəran, İmişlidə müasir tələblərə cavab verən yeni stadionlar inşa edilirdi. Digər şəhər və rayonlarımız da həvəslə öz növbələrini gözləyirdi. Bütün bunlar 2005-2015 dövlət proqramının qəbulunun nəticəsi idi. 

Beləliklə, ikinci sualımız:

- AFFA rəhbərliyi, baş katiblikdən başqa işi olmayan Elxan Məmmədov, ölkə prezidenti cənab İlham Əliyevin də açılışlarında iştirak etdiyi, şəxsən qırmızı lentini kəsdiyi Yevlax, İmişli, Lənkəran stadionlarında, "Bakı"nın bazasında axırıncı dəfə nə vaxt olub, son durumları ilə nə vaxt maraqlanıb?
 
Və sualın cavabı:

AFFA-da rəhbər dəyişikliklərindən və əsasən də dövlət proqramının qəbulundan sonra ölkədə yeni-yeni imkanlı klublar yaradıldı. Əsasən də komandalar bölgələri təmsil edirdi. İmkanlı sponsorların futbola gəlişi klubları dirçəltsə də, infrastruktur ürəkaçan deyildi. Müstəqillik illərindən 2005-ci ilə qədər cəmi bir yeni stadion - keçmiş "Şəfa" inşa edilmişdi. O da UEFA-nın vəsaiti hesabına...
 
Çempionata marağın artdığı, azarkeşlərin stadionlara axışdığı bir vaxtda şərait  yox dərəcəsində idi. Qısa vaxtda Yevlax, İmişli, Lənkəran, Zaqatala, Qəbələdə müasir tələblərə cavab verən stadionların, bazaların tikintisinə start verildi. Tovuz şəhər stadionu əsaslı təmir edildi, köhnə baza yeniləndi. 
"Bakı" klubu paytaxtda bütün tələblərə cavab verən kompleks inşa etdirdi. AZAL üçün Şüvəlanda yeni stadion tikildi. 

Bu stadionların əksəriyyətinin açılışlarında ölkə başçısı İlham Əliyev şəxsən iştirak edib. Bu, Azərbaycanda futbola qayğının hansı səviyyədə olduğunun əyani göstəricisi idi.

Digər bölgələrimizdə insanlar bu işlərin davamını səbirsizliklə gözləyirdilər.

Çempionata maraq günü-gündən artırdı. "Neftçi" öz zamanında nüfuzu ilə seçilən "Birlik Kuboku"nu qazanır, düşmənləri meydandan qaçmağa məcbur edirdi. Davamını "Xəzər Lənkəran", sonra isə "İnter" gətirdi. "Karvan", "MKT-Araz" UEFA, İnertoto Kuboklarına vəsiqə qazanırdı. 

Bölgələrdə göz oxşayan yeni stadionların tribunaları hər tur azarkeşlərlə dolurdu. Stadion-bazaların ərsəyə gəlməsi, eyni zamanda, yüzlərlə iş yerlərinin açılması demək idi. Klubları da bura əlavə etsək, minlərlə insanın yaşayış şəraiti, rifahı yaxşılaşırdı. Futbol peşəkarlıqla yanaşı, həm də sosial layihədir və əhaliyə xidmət etməlidir.

Sən saydığını say, gör fələk nə sayır.

Dövlət proqramının qəbulundan qısa müddət sonra AFFA-da yenidən rəhbər dəyişikləri baş verdi.
 
...Vitse-prezidentlər əvvəldən bu günə qədər "ofsayd”  vəziyyətində olublar. Tarixən federasiyanın yükünü iki rəhbər daşıyıb, prezident və baş katib. İcraiyyə Komitəsi də geniş səlahiyyətlərə malik olmasına baxmayaraq çox vaxt formal xarakter daşıyıb. Elxan Məmmədovun AFFA-ya baş katib gətirilməsindən sonra federasiyanın strategiyası tam olaraq dəyişdi.
 
Mətləbdən uzaqlaşmadan diqqətinizə çatdlraq ki, struktur, klubların dağılması, uşaq futbolu ilə bağlı ayrıca yazılar təqdim ediləcək. İndi isə mövzu infastruktur, mövcud stadionların nə vəziyyətdə olmasıdır.

Federasiya ələ alınaraq stadionlar da "bizim-sizin" bölgüsünə məruz qaldı. Dövlət proqramının ümumi müddəaları şəxsi maraqların kölgəsində qaldı. Elə dövlətin ayırdığı vəsaitlə "stadion-baza biznesi”nə start verildi. Bölgələrdə inşa edilmiş və beynəlxalq tələblərə tam cavab verən stadionlar AFFA-nın diqqətindən kənarda qaldı. Başlar "Bayıl Arena", "Bakcell Arena", Mərdəkandakı stadion-bazaların inşası və dost-qohumların bu qurğulara yerləşdirilməsinə qarışdı.
 
Bölgələrdəki stadionlar baş katibin bir halda yadına düşürdü - əlaltısı Mikayıl Nərimanoğlunun Gəncə futboluna yerləşdirilməsindən sonra stadionun ot örtüyünün dəyişdirilməsi, biznes maraqları olanda. Süni və təbii meydançaların dəyişdirilməsi monopoliyasına şəriksiz nəzarət Elxan Məmmədovun əlinə keçdi. 

Beləcə futbolda dövlətin vəsaiti ilə dövlətin içində ayrıca dövlət quruldu. Maraqlar üst-üstə düşmədiyi üçün 100 milyonlarla yatırım edilən İmişli, Zaqatala, Yevlax, Lənkəran, Şüvəlan stadionları "can verir", baxımsızlıqdan dağılır. "Bakı"nın bazasından heç danışmağa dəyməz. 

İrad tutula bilər ki, qeyd olunan stadionların çoxu şəxsidir və ya dövlət qurumlarının balansındadır. Yəni sözügedən tikililərin AFFA-ya heç bir aidiyyatı yoxdur. 

Cavabı budur ki, federasiyanın nəzdində olan stadionların da nə AFFA rəhbərliyinə, nə də Elxan Məmmədova heç bir bağlılığı yoxdur. Amma dövlətin vəsaiti ilə özləri üçün biznes sahəsi qurublar. 

Yuxarıda sadalanan stadionların sahibinin kimliyindən asılı olmayaraq futbola tam cavabdeh qurum kimi AFFA-dakı söz və səlahiyyət sahibləri mövcud problemləri dərhal aradan qaldırılmalı və müvafiq qurumlara çatdırılmalı, bəlli rəzalətin qarşısını almalıdılar.

Görün vəziyyət nə həddə çatıb ki, Azərbaycan futbolunun məbədi sayılan Tofiq Bəhramov adına stadion da artıq AFFA üçün özgələşib. Assosiasiyanın "stadion monopoliyası”na aid olmadığına görə. Dövlətin ərsəyə gətirdiyi BOS da AFFA-nın, birbaşa baş katibin nəzarəti altındadır və ən qısa zaman kəsiyində "toy məclisi stadionu" imici qazanıb. 

Hazırda bölgə stadionları ögey övladlar kimi baxımsızlıqdan dağılır, xərclənən milyonlar hədər gedir. 

Bu gün millimiz Trnavada Slovakiyanın qonağı olacaq. Kasıb ölkə paytaxtda deyil, Azərbaycanı bölgədə qəbul edəcək. Azərbaycanda isə assosiasiyanın "xeyir-duası" ilə oyunlar tam monopoliya nəzarətində olan "Bakcell Arena"da keçirilir. Bölgə qalsın bir yana, Uels Futbol Federasiyasının prezidentinin sözünə qüvvət, "Tofiq Bəhramov" artıq yaddan çıxıb.
 
U-21-in son oyunlarının Sumqayıtda keçirilməsinin nə qədər müsbət effekt verdiyini, tribunaların azarkeşsiz qalmadığını gördük. Sadəcə "Kapital Bank Arena"nın bəxti gətirib, o da nəzarət altındadı, qonşusu  - Mehdi Hüseynzadə adına yetim stadion kimi boynunu bükməyib. Olmazmı ki, aşağı yaş qrupları üzrə yığmalarımız oyunlarının bir qismini müvafiq tələblərə cavab verən Lənkəran, Qəbələ, Yevlax, Zaqatala, Imişli stadionlarında keçirsinlər?

Belədə, qurğular diqqətdən kənarda qalmaz, dağılmaz, tribunalar dolu olar, futbolun kütləvilliyinə, inkişafına təkan verər.

Ümummilli lider Heydər Əliyevin adını daşıyan İmişli şəhər stadionuna münasibət budursa, diqqətsiz qalırsa, digər stadionlardan danışmağa dəyməz. 

Son cıxışlarında cənab ptezident İlham Əliyev idman qurğularından səmərəli istifadə edilməməsi, insanların üzünə bağlı qalması ilə bağlı dəfələrlə danışıb.
 
Təəssüf ki, futbolda da dövlət proqramı belə yerinə yetirildi. 

Təki elxan məmmədovların "monopoliya biznesi” çiçəklənsin.
 
"Bakı"nın bazası
 

 
Yevlax stadionu

 


Heydər Əliyev adına İmişli şəhər stadionu

 
 
Əli Sahib
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

Facebookdan bizi izləməyi unutmayın.
X