10:39 23.11.2019 1512

Rəşad Sadıqov: "Sumqayıt"ın qələbəsinə kölgə salmaq istəmirəm"

"Sumqayıt" son turlarda yaxşı oyun nümayiş etdirir. Bizim komandanın əksər üzvləri millidədir. Demək olar ki, yalnız dünən komanda ilə birgə tam şəkildə məşq etmişik".

Bunları "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Premyer Liqanın XII turunda səfərdə "Sumqayıt"a 1:2 hesablı məğlubiyyətdən sonra deyib.

37 yaşlı müdafiəçi milli komandanın oyunlarından sonra hər zaman çətinlik çəkdikərini vurğulayıb:

 "Buna qədər 7-8 nəfərlə hazırlıq keçirdik. Biz hər zaman millinin toplanışlarından sonra çətinlik çəkmişik. Oyunumuz ya ağır alınıb, ya da ümumiyyətlə, əziyyət çəkmişik. Bunu bəhanə gətirmək, "Sumqayıt"ın qələbəsinə kölgə salmaq istəmirəm. "Sumqayıt" bu gün, xüsusilə də ikinci hissədə, yaxşı oyun nümayiş etdirdi. Əksinə, bizim isə fasilədən sonra oyunumuz alınmadı.

- İkinci dövrədə 5 oyunda cəmi 1 qələbə qazana bilmisiniz.
- Çox sıx qrafikdə oynayırıq. Artıq komandada yorğunluq hiss olunur. İlk hissədən fərqli olaraq, ikinci yarıda tempimiz bir qədər aşağı düşdü. Hamısı yorğunluqdan irəli gəlir. İyun ayından bu yorğunluq yavaş-yavaş yığılıb və son oyunlarda özünü hiss etdirir.

- Qarşıda sizi Avropa Liqasında "Sevilya" ilə ağır səfər oyunu gözləyir. Komandanın yorğunluğu mənfi təsir edəcək?
- Ümid edirəm ki, mənfi təsirini göstərməz. Toparlanmaq lazımdır. Başa düşürük ki, bizim üçün vacib oyundur. Əlimizdən gələni edəcəyik. Aydın məsələdir ki, "Sevilya" ilə oynayırıq. Hər şey uğurlu alınmalıdır ki, oradan xalla qayıdaq.

- Sonda hakim Rauf Cabbarova nəyi isə izah etməyə çalışırdınız?
- Birinci hissədəki epizodla bağlı soruşurdum. Vüqar Mustafayevə ikinci sarı vərəqəni verməyi düşündü, yaxınlaşanda sanki yadına düşdü ikincidir, göstərmədi. Mənə elə gəldi. Soruşdum ki, orda niyə vermədin, burda verdin?

- İsmayıl İbrahimliyə göstərilən qırmızı vərəqə ilə bağlı nə deyə bilərsiniz?
- Epizodu görmədim, baxmaq lazımdır. Hakimlər əminliklə "qırmızı, qırmızı" dedilər. Baxmaq lazımdır.

- Qapınıza vurulan hər iki qol oxşar oldu.
- Hər iki epizodda hücuma çıxarkən top itkisi baş verdi. Xüsusən də 1-ci qolda. Bilirdik ki, oyunu əsasən əks-hücumlarda quracaqlar. Birinci hissədə ona imkan vermirdik. Amma ikinci yarının əvvəlində çox top itkilərimiz oldu və ondan istifadə etdilər. Hücuma çıxanda top itkilərinə yol verirsənsə, arxada boşluqlar olacaq. Birinci qolu elə buraxdıq. İkinci qol bir az fərqli oldu. Səhvlərimi tutdular. (Report)
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

Facebookdan bizi izləməyi unutmayın.
X