Azərbaycan Premyer Liqasında mövsümün qol rekordu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, XII turun 4 oyununda qapılara 16 qol vurulub. "Neftçi" - "Qəbələ" matçında 5 (4:1), "Zirə" - "Keşlə" (3:1) və ""Səbail" - "Sabah" (1:3) oyunlarında 4, "Sumqayıt" - "Qəbələ" görüşündə 3 (2:1) qol vurulub.
Bundan əvvəlki rekord IX turda qeydə alınmışdı. Həmin vaxt 4 oyunda qapılara 14 qol vurulmuşdu
Turlar üzrə vurulan qollar:
I tur - 6 qol
II tur - 8 qol
III tur - 13 qol
IV tur - 9 qol
V tur - 7 qol
VI tur - 10 qol
VII tur - 7 qol
VIII tur - 9 qol
IX tur - 14 qol
X tur - 7 qol
XI tur - 12 qol
XII tur - 16 qol
Qeyd edək ki, 12 turun 48 oyununda qapılara 118 qol vurulub (orta hesabla 2,45)
Fanat.Az