15:54 25.11.2019 1707

Almeyda Braziliya mətbuatına hər şeydən danışdı - MÜSAHİBƏ

"Qarabağ"ın və millimizin yarımmüdafiəçisi Riçard Almeyda Braziliya mətbuatının da diqqətindən kənarda qalmır. Orta xətt oyunçusu cənubi amerikalı həmkarlarımıza verdiyi son müsahibədə bir sıra maraqlı məqamlara toxunub.

 

Müsahibəni müəyyən ixtisarla təqdim edirik:

 

- Riçard, bir az futbola gəlişinizdən danışın. Sizə Avropanın qapılarını açan "Santo Andre" klubu haqda nə deyə bilərsiniz?

- Peşəkar futbolçu olana qədər komandada qızğın rəqabət var idi. Tanrıya şükürlər olsun ki, böyük inam və özgüvənlə bunu bacardım. Qrajau yaxınlığında anadan olmuşam. O vaxt ulu babam və nənəm atama pul verdi ki, məni futbola yazdırsın.Qeydiyyatdan keçdim. Cəmi 72 nəfər seçilmişdi. Onlardan biri də mən idim. Onlar uşaqları əlifba sırası ilə çağırmağa başladılar. R hərfi ilə başlayan adlar qurtardı. Adımın çıxmadığını görüb, pis oldum. Z hərfindən sonra birdən mənim adımı çəkdilər (gülür). "Pakaembu" stadionundakı hər şeyi bu günə kimi xatırlayıram. Tribunaya baxanda valideynlərimin necə ağladıqlarını gördüm. Ordan ayrıldıqdan sonra Portuqaliyaya getdim. Ancaq bir müddət sonra "Palmeyras"dan təklif aldım. Seçim etməliydim və yerli kluba keçməyə razılıq verdim. Düşünürəm ki, bu, indiyə qədər etdiyim ən pis seçim idi. Çünki 8 aydan sonra demək olar, hamını komandadan göndərdilər. Bundan sonra mərhum qohumum Devid məni "Paulista"nın direktoru ilə tanış etdi. Baxışdan uğurla keçdim və həyatımı dəyişən məşqçi, "Palmeyras" və "Flamenqo" klublarının keçmiş üzvü "Baroni" ləqəbli Baroninyo ilə tanış oldum. "Paulista"da 2,5 il keçirdim. Məşqçi "Santo Andre"nin sükanı arxasına keçəndən sonra məni də ora çağırdı. Təbii ki, razılaşdım. Ad günümdən sonra Baroninyoya zəng vurdum və o, məni bir neçə testdən keçirdi ki, digərləri necə oynadığımı görsün. İlk peşəkar müqaviləmi məhz bu klubla bağladım. Əvvəlcə Tanrıya, daha sonra isə göstərdiyi dəstəyə görə məşqçiyə təşəkkür etdim.


- Portuqaliya, yoxsa Azərbaycan? Hansı ölkəyə uyğunlaşma prosesi daha çətin keçdi?

- Əlbəttə ki, Portuqaliyaya uyğunlaşmaq daha asan oldu. Çünki eyni dildə danışırdıq. Əvvəlcə portuqallar mənə bir az qəribə gəlirdi. Həmin vaxt Kaysara ilə birlikdə "Santo Andre"ni tərk etdik və "Jil Visentə"yə yollandıq. Əvvəlcə hər şey fərqli idi. Məsələn, onlar portuqalca danışırdılar, ancaq bəzi sözlər tamam başqa idi. Amma bir aydan sonra artıq adaptasiya olduq. İndi isə Azərbaycandayıq. Müsəlman ölkəsidir. Dili, mədəniyyəti, hətta qidaları belə fərqli olsa da, cəmi 1 il sonra hər şeyə öyrəşdik. Şükürlər olsun, tezliklə Azərbaycanda 7-ci ilim tamam olacaq.


- Avropa Liqasında şanslarınızı necə qiymətləndirirsiniz?

- APOEL-lə son iki avrokubok oyununda bəxtimiz gətirmədi. Evdə qələbə qazanmalı olduğumuz halda, heç-heçə etdik. Kiprdəki matçda hesabda öndə idik, son dəqiqələrdə geridönüş etdilər və qalib gəldilər. Halbuki biz onlardan daha yaxşı idik. Belə bir deyim var ki, yaxşı oynayan hər zaman qələbə qazanmır. Xallarımız eyni olsa da, üstünlük APOEL-in tərəfindədir. Tanrıya yalvarıram ki, bizə bu imkanı yaratsın və qrupdan çıxaq. Hələ ki, heç nə həll olunmayıb.


- "Sevilya" qrupun favoritidir. "Düdelanj" və APOEL-dən hansını daha şanslı sayırsınız?

- "Sevilya" artıq pley-offa çıxmağı təmin edib. APOEL və "Düdelanj" isə oxşar komandalardır. Hazırkı məqamda kiprlilər öndədir. İki oyundan birində APOEL-i uda bilsəydik, hər şeyi həll edə bilərdik. İndi isə mübarizə aparmaq lazımdır. Ümid edirəm ki, "Düdelanj" bu tur APOEL-ə uduzmayacaq. Biz isə artıq qrupdan çıxması dəqiqləşən "Sevilya" ilə qarşılaşacağıq. Bilirik ki, onların əla komandası var. İstər əsas, istərsə də ikinci heyət olsun. Amma inanıram ki, Tanrı bizə kömək edəcək və hər şey yaxşı olacaq.


- Azərbaycanda ən çox xoşunuza gələn nədir?

- Hər şey - insanlar, sadəlik. Onlar çox istiqanlıdılar və əcnəbilərə kömək etməyi sevirlər. Klub rəsmiləri, baş məşqçi Qurban Qurbanov mənə ata kimidir, prezident, bir sözlə, hamısı çox yaxşı insanlardır. Onların qəlbinə yol tapmısansa, səni hər zaman sevəcəklər. Mənim üçün önəmli olan da məhz budur. Burada hər şey tək mənim yox, ailəmin də xoşuna gəlir. Anam və qaynanam hər il Bakıya gəlirlər. Buranı onlar da çox bəyənirlər. Ona görə də çox sözə ehtiyac yoxdur. Sadəcə, Tanrıma şükür edirəm.


- Azərbaycanla Braziliya yoldaşlıq oyunu keçirsə və sən qol vursan, sevinərsən, yoxsa üzülərsən?

- Baxın, əgər Braziliyaya qol vurmaq imkanım olsa, buna sevinərəm. Braziliyalıyam, öz ölkəmi sevirəm, vətənim üçün darıxıram. Hər tətildə valideynlərimi, yaxınlarımı görmək üçün ora gedirəm. Amma Azərbaycan mənə qucaq açıb. Nə qazanmışamsa, buna görə "Qarabağ"a və ölkəyə borcluyam. Buna görə minnətdaram. Bura gələnə qədər nələr çəkdiyimi, hansı hisslər keçirdiyimi mən bilirəm. Seçim edənlərin heç də hamısı uğur qazanmır. Heç vaxt bu səviyyədə oynayacağımı, hətta uzun müddət Braziliyadan kənarda qalacağımı təsəvvür belə etməzdim.


- İnfrastruktur baxımından Azərbaycan və Braziliya futbolu arasında hansı fərqlər var?

- Klubumuzun infrastrukturu bəlkə də dünyada ən yaxşılardandır. Beşulduzlu otel, iki məşq meydançası, stadion, möhtəşəm fitness zalı, sauna, bir sözlə, hər şeyimiz var. Şükürlər olsun, burada heç vaxt çətinliklə üzləşməmişəm. Məhz buna görə "Qarabağ" hər zaman Avroliqanın qrupunda olur, buna görə Çempionlar Liqasında oynamışıq. Artıq ardıcıl 6 ildir Premyer Liqanın qalibi oluruq. Ümid edirəm ki, bu uğuru davam etdirə biləcəyik. Klubda ciddi insanlar çalışır və heç biri digərindən zəif deyil. Hamı öz işini görür, bir-birinə kömək edir. Hər şey əla və keyfiyyətlidir.


- Avropa Liqası, yoxsa Çempionlar Liqası? Hansında daha çox həyəcanlanmısız?

- Düşünürəm ki, hər ikisi oxşar hissdir. Avropa Liqasında "Monako", "Tottenhem", "Anderlext", PAOK, "İnter", Çempionlar Liqasında isə "Çelısi", "Roma", "Atletiko" kimi komandalarlar qarşılaşmışıq. Hər iki turnir həyəcana səbəb olur. Çünki televizorda oyunlarını izlədiyiniz futbolçularla oynayırsız. Final fitindən sonra sadəcə, göyə baxın və Tanrıya şükür edin ki, sizə belə bir imkan yaradıb.


- Karyeranızı bitirməmişdən əvvəl Braziliyaya qayıtmağı düşünürsüz? Bəlkə, yenidən doğma klubunuzun formasını geyinəsiz...

- Bilirsiz, açığı, belə bir fikrim yoxdur. Artıq bura uyğunlaşmışam. Əlbəttə, Braziliyada oynamaq çox yaxşıdır. Amma orada məni heç kim tanımır. Kimsə Riçard Almeydanın kim olduğunu bilmir. Avropanın şərqi belə olsa, burada məni tək Azərbaycan xalqı tanımır. Hamı bilir ki, mən "Qarabağ"da ən çox vaxt keçirən oyunçulardan biriyəm. Qızım Bakıda məktəbə gedir, 9 aylıq körpə övladım var. Ailəm də Bakını sevir. Düşünürəm ki, burada hər şey bizim üçün daha yaxşıdır. Braziliyada çox az oynamışam. Peşəkar səviyyədə cəmi 4 oyun keçirmişəm. Ümid edirəm ki, karyeramı "Qarabağ"da başa vuracam. Düzdü, heç nəyi əvvəlcədən demək olmaz. Amma, bu, mənim arzumdur.

 

 

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

Facebookdan bizi izləməyi unutmayın.
X