15:08 26.11.2019 2300

Elxan Məmmədova sualın cavabı - III hissə

2005-2015-ci illərdə Azərbaycan Respublikasında Futbolun İnkişafına dair Dövlət Proqramına start verildi. Məqsəd dövlətin dəstəyi ilə Respublikada futbolun inkişafına nail olmaq, beynəlxalq arenalarda milli yığma komandalarımızın, klublarımızın Azərbaycan adını layiqincə təmsil etməsi olub. İnfrastrukturun qurulması, mütəxəssislərin yetişdirilməsi, uşaq futbolu, futbolun kütləviləşməsi proqramın tərkib hissələrindən idi.


Fanat.az olaraq Dövlət Proqramının nə dərəcədə yerinə yetirildiyi ilə bağlı "Elxan Məmmədova sualımız var" lahiyəsindən xəbərdarsız. Hər dəfə bir sual və bir cavabdan ibarət olacaq araşdırmamızın artıq iki hissəsi yayımlanıb. (I hissəII hissə)


2-ci hissədən xatırlatma:

 

Dövlət proqramının qəbulundan qısa müddət sonra AFFA-da yenidən rəhbər dəyişikləri baş verdi.

 

Elxan Məmmədovun gəlişindən sonra ümumi mənzərə yeniləndi. Federasiya ələ alınaraq stadionlar da "bizim-sizin" bölgüsünə məruz qaldı. Dövlət proqramının ümumi müddəaları şəxsi maraqların kölgəsində qaldı. Elə dövlətin ayırdığı vəsaitlə "stadion-baza biznesi”nə start verildi. Bölgələrdə inşa edilmiş və beynəlxalq tələblərə tam cavab verən stadionlar AFFA-nın diqqətindən kənarda qaldı. Başlar "Bayıl Arena", "Bakcell Arena", Mərdəkandakı stadion-bazaların inşası və dost-qohumların bu qurğulara yerləşdirilməsinə qarışdı.


Bölgələrdəki stadionlar baş katibin bir halda yadına düşürdü - əlaltısı Mikayıl Nərimanoğlunun Gəncə futboluna yerləşdirilməsindən sonra stadionun ot örtüyünün dəyişdirilməsi, biznes maraqları olanda. Süni və təbii meydançaların dəyişdirilməsi monopoliyasına şəriksiz nəzarət Elxan Məmmədovun əlinə keçdi.


Beləcə futbolda dövlətin vəsaiti ilə dövlətin içində ayrıca dövlət quruldu. Maraqlar üst-üstə düşmədiyi üçün 100 milyonlarla yatırım edilən İmişli, Zaqatala, Yevlax, Lənkəran, Şüvəlan stadionları "can verir", baxımsızlıqdan dağılır. "Bakı"nın bazasından heç danışmağa dəyməz.


İrad tutula bilər ki, qeyd olunan stadionların çoxu şəxsidir və ya dövlət qurumlarının balansındadır. Yəni sözügedən tikililərin AFFA-ya heç bir aidiyyatı yoxdur.

 

Cavabı budur ki, federasiyanın nəzdində olan stadionların da nə AFFA rəhbərliyinə, nə də Elxan Məmmədova heç bir bağlılığı yoxdur. Amma dövlətin vəsaiti ilə özləri üçün biznes sahəsi qurublar...


Sual:


Bu gün futbolda yaradılmış bərbad durum, AFFA-nın yarıtmaz fəaliyyəti ilə bağlı əsas tənqidlər baş katib Elxan Məmmədovun üzərinə yönəlib. Niyə? Bu sualı baş katibə ünvanlamaqla yanaşı obyektiv səbəblər araşdırılacaq. 2005-2015 Dövlət Proqramının yerinə yetirilməsi üçün külli miqdarda dövlət tərəfindən vəsait ayrıldı. Ötən yazılarımızda qeyd etdiyimiz kimi nizamnamə dəyişikliyi və federasiyada monopoliyanın yaradılması prosesi başladı. Ardıcıllığı qorumaq şərtilə növbəti addım daxili struktur, gücün bir əldə cəmləşməsi addımları atıldı və bunlar İcraiyyə Komitəsi tərəfindən təsdiq etdirildi. Elxan Məmmədova növbəti sualımız. AFFA-nın indiki monopolist strukturundakı idarəçilər arasında ən çox səlahiyyəti olan şəxs kimdir?


Beləliklə, sualın cavabı:


Dövlət Proqramına uyğun hazırlıq mərhələsi, maddi-texniki bazanın tam formalaşması 2005-2008-ci illərdə yekunlaşmalı, ondan sonrakı illərdə inkişaf dövrünə qədəm qoyulmalı idi. AFFA-da isə fərqli planlar cızılmışdı: monopolyanın təmini, nizamnamənin yenidən dəyişdirilməsi, yeni federasiyaların yaradılması prosesindən sonra katibliyin səlahiyyətlərinin artırılması və sadalananların qanuni şəklə salınması.


Öncə futbolda katiblik strukturuna aydınlıq gətirilməlidir. Katiblik dünya futbolunda ciddi səlahiyyətləri olmayan əlaqələndirici orqandır. Federasiyanın strukturları arasında kargüzarlıq, sənədləşmələrin nizamlanması prosedurunu həyata keçirir. Ona görə də baş katib konfransda seçilmir, Icraiyyə Komitəsində təklifə uyğun üzvlər tərəfindən təsdiq edilir. AFFA reallığında vəziyyət necədir? Prezident, vitse-prezidentlər federasiyada daimi məskən salmayıblar. Qanuna uyğun prezidentin olmadığı vaxtlarda səlahiyyət birinci vitse-prezidentdə olur. Reallıqda isə baş katibə AFFA-da prezident kabineti də həvalə edilib. İcraiyyə Komitəsinin əksər üzvlərinin də vəzifə sahibləri olduğunu nəzərə alsaq, mənzərə tam aydınlaşar. AFFA-da faktiki rəhbər şəxs baş katibdir.

 

Çox vaxt Elxan Məmmədovun niyə bu qədər tənqid olunduğu müzakirəyə çıxarılır. Konfransdan-konfransa əsas söz sahibinə çevrilən İcraiyyə Komitəsi katibliyə müstəsna səlahiyyətlər verib və bu anormallıq qanunlaşdırılıb. Mövcud durum AFFA-da iş başında olmayan assosiasiya rəhbərliyi üçün də münasibdir. Fürsətdən yararlanan Elxan Məmmədov AFFA-nın bütün sahələrini ələ keçirib.


Futbol qurumunun strukturuna nəzər yetirək.

 



Maliyyə, milli komandalar, infrastruktur, layihələrin təminatı, regionlar və s. Demək olar, futbol sahəsinin 90%-i baş katib Elxan Məmmədovun faktiki nəzarətindədir. Son illər klubların da əksəriyyətinin AFFA xətti ilə maliyyələşdiyini götürsək, bəyimizin səlahiyyət demək olar ki, 100%-ə bərabərdir. Belə olan halda Elxan Məmmədova qarşı "kampaniyanın" aparılması hansı iddiayla irəli sürülə bilər? Kor-kor, gör-gör, AFFA mütləq bir şəxs - baş katib Elxan Məmmədov tərəfindən idarə edilir və bütün səlahiyyətlər mərhələli şəkildə sözügedən idarəçiyə verilib. Bunlar "süni tənqidlər" deyil. Gerçəkliyi AFFA-nın rəsmi strukturu deyir. Açın, baxın!


Şəffaflıqdan danışılır. AFFA isə tam olaraq monopoliyalaşıb və bir şəxsin beyni ilə idarə olunur. Burada ictimaiyyəti qınamaq, haqlı tənqidləri əsirgəməyən jurnalistlərdən narazılıq edib süni qarşıdurma yaratmaq cəhdləri yersizdir. Biz jurnalistika prinsiplərindən çıxaraq kimisə sıxma-boğmaya salmırıq. AFFA strukturunu təhlil edib oxuculara çatdırmağı özümüzə peşə borcu sayırıq.


Bu komfortlu şəraiti baş katibə kimlər yaradıb, bu artıq detallardı və o şəxslər də futbolun indiki vəziyyətinə görə Elxan Məmmədov qədər cavabdehdilər. İdarəçinin məsuliyyət yükü isə birbaşa baş katibin çiyinlərindədir.

 

Məmmədov son çıxışında komandaya görə məsuliyyəti baş məşqçinin daşıdığını söyləyib, tam doğru deyib. AFFA komandasına da birbaşa cavabdeh baş katibdir. Baş elə başdır, istər komandaya məsul baş olsun, istərsə də AFFA-ya, futbola. Əsas, o başın yerində olmasıdır.


Mənasız ittihamlardansa, bunlar təhlil olunmalı, başlara çatdırılmalıdır.


Əli Sahib

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

Facebookdan bizi izləməyi unutmayın.
X