"NFK League" adı altında keçirilən fan-klubların mini-futbol liqasında IV turun oyunları başa çatıb.
Fanat.az xəbər verir ki, üç turda məğlubiyyət nədi bilməyən "Milan" bu dəfə xal itkisi ilə üzləşib. "Arsenal"la qarşılaşan komanda 6:6 hesablı heç-heçə edərək 1 xalla kifayətlənib.
İlk turlarda yaxşı nəticə göstərən "Yuventus" və "Neftçi" isə mövsümdə ilk yenilgilərini alıblar.
Qeydə alınan nəticələri və turnir cədvəlini təqdim edirik.
Xatırladaq ki, "Neftçi" və "Beşiktaş" bir oyun az keçiriblər.
Fanat.az