"APOEL və "Qarabağ"a qarşı iki final oyunu bizi gözləyir".
Fanat.Az xəbər verir ki, bu szləri Lüksemburqun "Düdelanj" klubunun baş məşqçisi Bertran Krasson Avropa Liqasının qrup mərhələsinin V turunda evdə qarşılaşacaqları Cənubi Kipr APOEL-i ilə oyundan öncə müsahibəsində deyib.
Krasson Nikosiyada məğlub etdikləri (4:3) rəqibi yenə büdrədə biləcəklərini düşünür: "Cənubi Kipr futbolu inkişafdadı. İlk oyundakı qələbə bizə cəsarət versə də, sonra reallığa döndük. Buna baxmayaraq, yenə komandama güvənirəm. Rəqibin üzərində təzyiqlər var".
Qeyd edək ki, noyabrın 28-da keçiriləcəcək "Sevilya" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00.00-da başlayacaq. Eyni vaxtda APOEL-in "Düdelanj"la səfər matçı start götürəcək. Azərbaycan komandası növbəti mərhələ şansını qorumaq üçün "Sevilya"dan xal almalı və ya APOEL-in xal itirəcəyinə ümid etməlidi. "Düdelanj" qrupda son matçını Bakıda "Qarabağ"a qarşı keçirəcək.
Fanat.Az