2008/2010 "İnter" (indiki "Keşlə"), 2010/2011 "Qarabağ" və 2011/2012-ci illərdə "Simurq"da çıxış etmiş Latviya yığmasının sabiq futbolçusu Andrey Rubins ağır vəziyyətdə yaşayır.
Birvaxtlar İngiltərə Premyer Liqasında "Kristal Pelas"da çıxış etmiş 40 yaşlı veteranın həyat şəraiti acınacaqlı forma alıb.
İş o yerə çatıb ki, Latviya millisinin heyətində 117 oyun keçirmiş Rubins çörək almağa da pul tapmır. Bu barədə məlumatı "Metta”nın baş katibi Girts Mixelsons şəxsi "twitter" hesabında paylaşıb.
Rubinsin bank hesabının nömrəsini paylaşan məşqçi onun yemək almaq üçün pul tapa bilmədiyini yazıb: "Rubins yaxşı günlər keçirmir. Bəzi dostları onun əməliyyat olunmasına yardım etdilər. Lakin hazırda bizim Rubins yaşamaq üçün də pul tapa bilmir”. (Sportinfo.az)
Fanat.Az