"Sabahkı matçı səbirsizliklə gözləyirəm. 3 xal qazanmaq lazımdı".
Fanat.Az xəbər verir ki, bu sözləri "Sevilya"nın futbolçusu Alexandro Pozo "Qarabağ"a qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin V tur matçından öncə mətbuat konfransında deyib.
O, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la oyunöncəsi mətbuat konfransında iştirak edib. 20 yaşlı yarımmüdafiəçi baş məşqçi Xulen Lopeteginin inkişafında xüsusi rola malik olduğunu bildirib: "Onunla eyni klubda olmaq fəxrdi. Lopeteqinin öyrətdiklərini tətbiq etməyə çalışıram. Ümid edirəm ki, uzun illər onun rəhbərliyi altında oynayaram".
Gənc oyunçu komandanın kapitanı Xesus Navas barədə də danışıb. Pozo Navasın onun kumiri olduğunu sözlərinə əlavə edib: "Onunla bir komandada olmaq möhtəşəmdi. Mənə öyrətdikləri şeyləri göstərməyə çalışacağam. Ümid edirəm ki, uzun illər onun yanında olacağam. Ən uyğun olan start heyətlə meydana çıxmağa çalışacağıq".
Qeyd edək ki, sabah "Xuan Sançes Pisxuan" stadionunda keçiriləcək "Sevilya" - "Qarabağ" matçı saat 00:00-da başlayacaq.
Fanat.Az