"Sevilya" ilə səfər matçı ərəfəsində "Qarabağ"ın zədəli futbolçularının son durumuna aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, Mahir Emreli və Dani Kintana sözügedən görüşə tam hazırdırlar. Maksim Medvedevin isə "Sevilya" ilə matçda meydana çıxıb-çıxmayacağı oyun günü bəlli olacaq. Həkimlərin rəyi müsbət olsa, 30 yaşlı müdafiəçi oynayacaq.
Xatırladaq ki, "Sevilya” – "Qarabağ” oyunu noyabrın 28-də "Ramon Sançes Pisxuan" stadionunda keçiriləcək.
Fanat.Az